Ərdoğanın Ermənistana sülh MESAJI - Azərbaycanın fikri nəzərə alınıbmı?

Avqustun 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Hersoqovina səfəri zamanı Azərbaycanın Ermənistanla hərtərəfli sülh müqaviləsi barədə danışıqlara başlamağı təklif etdiyini qeyd edib. İkitərəfli görüşdən sonra jurnalistlərə açıqlama verən Türkiyə prezidenti bölgədə yeni və konstruktiv yanaşmalara olan ehtiyacdan danışıb. 

Qeyd edək ki, avqustun 26-da Ermənistan baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh danışıqlarına hazır olduğunu qeyd etmişdi. Türkiyə prezidentinin məlum açıqlaması isə Azərbaycan və Ermənistan arasında hərtərəfli sülhün imzalanacağı ilə bağlı gözləntilərin yenidən gündəmə gəlməsinə səbəb olub. Hazırda iki dövlət arasında yekun sülh müqaviləsinin imzalanma ehtimalı və bunun hansı şərtlərlə yerinə yetirilməsi əsas müzakirə mövzusudur.

 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Ermənistanla əlaqələrinin normallaşması üçün şərtini AÇIQLADI 


- Türkiyə sülh müqaviləsinin imzalanmasına əsas vasitəçi olmaqda olduqca maraqlıdır. Çünki Türkiyə Azərbaycanın regiondakı ən yaxın müttəfiqidir və Ermənistanla da həmsərhəddir.

İki ölkə arasında sülh müqaviləsinin imzalanması Türkiyənin Cənubi Qafqaz regionundakı təsir gücünü xeyli artıracaq. Müqavilə Türkiyəyə Ermənistanla münasibətləri nizamlamağa və sərhədləri açmağa imkan verəcək.
 

Zəifləmiş və xarici investisiyaya möhtac olan Ermənistan bazarına türk mallarının daxil olması isə qısa müddətdə Türkiyənin təsir imkanlarını da artıracaq.


Türkiyə Cənubi Qafqazda və xüsusilə Ermənistanda Rusiya təsirini balanslaşdırmaq fürsəti əldə edəcək.

- Azərbaycan həm Rusiyanı prosesdən kənarlaşdırmaq, həm də Ermənistanla birbaşa əlaqələr yaratmaq və problemləri ikitərəfli şəkildə həll etmək üçün sülh müqaviləsinin imzalanmasına ehtiyac duyur.

Çünki Qarabağda Rus sülhməramlıları yerləşib və onların gələcək taleyi Ermənistanla imzalanacaq sülh müqaviləsindən birbaşa asılıdır. Ermənistanla ziddiyyətlər davam etdiyi müddətcə Qarabağın Azərbaycana inteqrasiyası məsələsi yubanacaq və Rus sülhməramlılarının bölgədə qalması üçün yeni fürsətlər yaranacaq. Rusiya Qarabağ məsələsində neytrallığını qorumur və Ermənistanı dəstəkləyən açıqlamalar verərək bölgədə etnik zəmində münaqişələrin gələcəkdə də davam etməsi üçün ilkin zəmin hazırlayır. 

- Ermənistan üçün hərtərəfli sülh müqaviləsinin imzalanması həyati əhəmiyyətə malikdir. Çünki Ermənistanın işağl faktoru sıradan çıxarılırıb, lakin Ermənistanın bölgədəki blokadası hələ də davam edir.

Ermənistanın dünya bazarına və Avropaya çıxış imkanları məhduddur və regional nəqliyyat yollarından kənarlaşdırılıb.
 

Paşinyan hökuməti məğlubiyyətin yaralarını aradan qaldırmaq üçün əhalinin iqtisadi rifanı yüksəltməyə məcburdur.


Mövcud şərtlərdə isə bu mümkün görünmür. Bu baxımdan Türkiyə prezidentinin sülh mesajının Ermənistan üçün olduqca əhəmiyyətli olduğunu demək olar.

Türkiyə hazırda Cənubi Qafqazda davamlı sülhün təmin olunmasında vasitəçilik edəcək iki gücdən biridir. Rusiyanın qeyri-adekvat mövqeyini fonunda Türkiyənin yeni təşəbbüsü isə münaqişə tərəflərinin maraqlarını təmin edə bilər. Bu isə hərtərəfli sülh müqaviləsinin izalanması istiqamətindəki gözləntirləri daha da artırır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

Babək Tağıyev işdən çıxarıldı

Babək Tağıyev işdən çıxarıldı

End of content

No more pages to load

RADİO