"Şuşa Qarabağın tacıdır" – İLHAM ƏLİYEV

"Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.

"Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var.

Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.

Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan vermişdi. Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik", - dövlət başçısı deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Donald Tramp Krıma gələcək?

Donald Tramp Krıma gələcək?

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Makron Moskvaya səfər edəcək?

Makron Moskvaya səfər edəcək?

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Tələbə qızlar dəm qazından zəhərləndi

Tələbə qızlar dəm qazından zəhərləndi

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Yasamalda avtomobil yandı

Yasamalda avtomobil yandı

End of content

No more pages to load

RADİO