Laçın dəhlizi nə zaman bağlana bilər? - ŞƏRTLƏR

Azərbaycan hərbçilərinin Gorus-Qafan yolunu bağlaması kimi uğurlu strateji addım atmasından sonra Laçın dəhlizində gediş-gəlişin dayandırılması məsələsi ilə bağlı da söz-söhbətlər dolaşmaqdadır. Xüsusilə də, Qarabağda yaşayan ermənilərin ara-sıra başlarını əzən “Dəmir Yumruq”- u unudaraq silaha əl atmasını və onların səsini kəsməyə borclu olan Rusiya sülhməramlılarının fəaliyyətsizliyini nəzərə alsaq, Azərbaycan sözügedən istiqamətdə əməli tədbirlər görə bilər.

Lakin İrəvandan fərqli olaraq, rəsmi Bakının imza atdığı sənədlərə və birbaşa olaraq beynəlxalq hüquq normalarına olan hörməti səbəbindən Laçın dəhlizində gediş-gəlişə hələlik heç bir maneə törətməyib. Bundan əlavə, Azərbaycanın Qarabağda yaşayan erməniləri öz vətəndaşları olaraq qəbul etməyə müharibənin başa çatdığı ilk gündən hazır olması səbəbindən onların Ermənistanla gediş-gəlişlərinə maneə yaratmayıb.

Buna baxmayaraq bu günə qədər Azərbaycanın qeyd olunan addımı atmaması, ermənilərin özbaşınalıqlarına sonuna qədər səbrlə yanaşılacağı kimi başa düşülməməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ



Bəs, Azərbaycan hansı hallarda Laçın dəhlizini bağlaya bilər?

1.İrəvan Qarabağ ermənilərini silahlandırmağa davam edərsə… 

Belə ki, Laçın koridoru vasitəsilə gediş-gəlişə Azərbaycan kosmik peykləri vasitəsilə nəzarət edir. Dəhliz vasitəsilə daşınan yüklərin bir hissəsinin isə mövqelərimizə tuşlanan silahlar olduğu heç kimə sirr deyil. Eyni zamanda Qarabağdakı ermənilərin əl ata biləcəkləri həmin silah-sursatla mövqelərimizi atəşə tutduğunu nəzərə alsaq, rəsmi Bakının preventiv tədbirlər görməsi zərurətə çevrilə bilər. Bunun üçün isə, Laçın dəhlizinin bağlanması şərtdir.

2. Laçın dəhlizi vasitəsi ilə terrorçuların keçmə ehtimalı artarsa və bu barədə fakt daxil olarsa...

Azərbaycan dövləti dəhlizin bağlanması və ora nəzarətin silahlı qüvvələrimizin ixtiyarına verilməsini tələb edəcək, alınmış məlumatların təsdiqindən sonra qarşı tərəfdən yaranmış vəziyyətin hesabatını soraraq etimadsızlıq göstərdiyini bildirəcək. Sülməramlıların öz funksiyalarını yerinə yetirə bilmədiyini əsas gətirərək dəhliz vasitəsi ilə giriş-çıxışa nəzrəti öz əlinə alacaq və ya tam bağlayacaq.

3. Laçın dəhlizi vasitəsi ilə üçüncü ölkəyə məxsus şəxslərin, yüklərin Qarabağ ərazisinə Azərbaycanın icazəsi olmadan keçməsi intensivləşərsə... 

Rəsmi Bakı yaranmış vəziyyətlə bağlı faktları təhlil edərək lazımi instansiyalara çatdırmaqla 10 noyabr razılaşmasının şərtlərinə əməl olunmadığını səbəb gətirərək, dəhlizin fəaliyyətini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

Bu hazırda vacib olan üç əhəmiyyətli şərtdir ki, Azərbaycan Ermənistanla Qarabağ arasında gediş-gəlişi tam dayandırsın.


Amma strateji planda başqa məsələlər də var ki, Ermənistanın razılaşmaların şərtlərindən uzun müddət boyun qaçırmağa cəhd edərsə, o zaman dəhlizin qapanması məsələsi yenidən gündəmə qayıda bilər.

1. Ermənistan regionda kommunikasiyaların açılması prosesinə maneə törətməyə davam edərsə... 

Ən çox ortaya atılan variantlardan biri də, Zəngəzur – Laçın dəhlizlərində oxşar formada gediş-gəlişin təmin olunmasıdır. Lakin Ermənistan gah imza atdığı bəyanatın müddəalarını təhrif etməklə, gah da başqa marşrut variantlarını ortaya atmaqla Zəngəzur koridorunun açılmasının qarşısını almağa cəhd edir. Belə olan halda isə, Azərbaycan Laçın dəhlizində gediş-gəlişi nəzarətə götürərək, İrəvanı Zəngəzur koridoru layihəsinin həyata keçirilməsinə razılaşmağa vadar edə bilər. 

2. İrəvan sülh müqaviləsinə imza atmaqdan boyun qaçırarsa...

44 günlük savaşın bitməsindən 9 aydan çox müddət keçməsinə baxmayaraq, Ermənistan nəinki sülh müqaviləsini imzalamaqdan boyun qaçırmayıb, eyni zamanda danışıqlar üçün masaya belə oturmaqdan yayınır. Vəziyyətin bu cür davam etməsi isə, təbii ki, qəbulolunmazdır. İrəvanın havadarlarına güvənərək, mövcud situasiyanın davam etdirilməsinə cəhd etməsinin qarşısını almaq üçün Azərbaycan təsir vasitəsi kimi Laçın dəhlizini bağlamaq variantına əl ata bilər.

3. Mövqelərimizə qarşı təxribat xarakterli hərəkətlər intensivləşərsə...

Xatırladaq ki, hərbçilərimizin Gorus-Qafan yolunu bağlamasına səbəb də məhz əsgərimizə qarşı törədilən hücum idi. Təbii ki, davam edən təxribatların ardından gələn bu cür xoşagəlməz hadisə Azərbaycanın səbr kasasını daşıran son damla idi. Ona görə də, oxşar hücumların törədilməsi durumunda Azərbaycan tərəfinin bu dəfə Laçın dəhlizini qapatması reallığa çevrilə bilər.
 

Ümumilikdə isə, son baş verən hadisələr rəsmi Bakının səbrinin qalmadığının göstəricisidir. Ermənistan tərəfinin də danışıqlar masasından qaçmaq üçün variantları artıq tükənib.


Eyni zamanda yuxarıda sadalanan müddəalar Azərbaycanın təzyiq variantlarının nə qədər çox olduğunun göstəricisidir. Belə olan halda isə asanlıqla söyləyə bilərik ki, yaxın vaxtda İrəvanın 10 noyabr və 11 yanvar bəyanatlarında əks olunan öhdəliklərini tam şəkildə yerinə yetirməkdən başqa çıxış yolu qalmayacaq.

Murad Əhmədov, Bizim,Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Beşiktaş” səfərdə qalib gəldi

“Beşiktaş” səfərdə qalib gəldi

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Kofe sevənlərə ŞAD XƏBƏR - Faydaları BƏLLİ oldu

Kofe sevənlərə ŞAD XƏBƏR - Faydaları BƏLLİ oldu

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb - FOTO

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb - FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Naxçıvanda FHN əməkdaşı faciəli şəkildə həyatını itirdi - FOTO

Naxçıvanda FHN əməkdaşı faciəli şəkildə həyatını itirdi - FOTO

Sevillə Sevincin başına İŞ GƏLDİ: “Atışmaların səsi qulağımdadır” - VİDEO

Sevillə Sevincin başına İŞ GƏLDİ: “Atışmaların səsi qulağımdadır” - VİDEO

Bakıdan Dubaya uçuşlar bərpa edilir - Tarix açıqlandı

Bakıdan Dubaya uçuşlar bərpa edilir - Tarix açıqlandı

Xarici diplomatlar Laçında - FOTO/VİDEO

Xarici diplomatlar Laçında - FOTO/VİDEO

Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?

Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?

Niyə yazda yorğun görünürük? - İLGİNC SƏBƏBLƏR

Niyə yazda yorğun görünürük? - İLGİNC SƏBƏBLƏR

Bakı-Sumqayıt yolunda obyektlər yandı - FOTO/VİDEO

Bakı-Sumqayıt yolunda obyektlər yandı - FOTO/VİDEO

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

“Ən böyük arzum prokuror olmaqdır” – Buraxılış imtahanında maksimal bal toplayan SƏMA

“Ən böyük arzum prokuror olmaqdır” – Buraxılış imtahanında maksimal bal toplayan SƏMA

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO