“Bütün yollar Moskvaya aparır” - Gorus-Qafan yolunun açılmasına SÖZARDI

“Putin Paşinyanla telefonda Qarabağı və sərhəddə baş verənləri müzakirə edib. Əsas sual: Putini gecəyarısı Paşinyanla təmas qurmağa vadar edən nədir?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində jurnalist Asif Nərimanlı yazıb.

Onun fikrincə, Rusiya prezidentinin Gorus-Qafan yolunun açılmasından sonra erməni baş nazirə zəng etməsi mümkün versiyanı önə çıxarır: rusların vasitəçiliyi ilə iki gün davam edən danışıqlarda Bakının irəli sürdüyü tələblər bilinəndən böyükdür;

Danışıqların iki nəticəsinin olduğu haqda məlumatlar var: Azərbaycan yolda keçid məntəqəsi qurur; Ermənistan yolun 21 kilometrliyi, eləcə də Çayzəmi və Eyvazlı kəndlərini Azərbaycan ərazisi olaraq tanıyır;

İlkin nəticə Bakı ilə yanaşı, Moskvanı da qane edir, çünki problem həllini tapdı, xüsusilə rusların vasitəçiliyi ilə. Və Putinin bir keçid məntəqəsinə görə gecəyarısı (Moskva saatı ilə 23:45-də rəsmi məlumat yayılıb) Paşinyana zəng etməsi heç də inandırıcı deyil”.

Jurnalist hesab edir ki, Bakı iki gün davam edən danışıqlarda ilkin nəticənin əldə edilməsi ilə yanaşı, digər tələbləri ilə bağlı vədlər aldığı üçün bloklamanı aradan qaldırıb.

1. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətlənməsi;

2. Üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının sürətlənməsi: bura Zəngəzur dəhlizində işin başlanması ilə yanaşı, son günlər Bakının israrla gündəmə gətirdiyi erməni qoşunların Qarabağdan çıxarılması da daxildir;

Putin-Paşinyan təması bununla bağlı ola bilər və Moskvanın son günlər Bakıdan aldığı siqnallardan narahat olduğunu deyə bilərik:

- Rusiya sülhməramlılarına Prezident səviyyəsində açıq etirazın bildirilməsi;

- Əliyevin əvvəlkindən fərqli olaraq, Rusiyanı Azərbaycanın tərəfdaşı yox, qonşusu adlandırması;

- Laçın dəhlizi boyunca vizual nəzarətin gücləndirilməsi;

- Qarabağda anti-terror əməliyyatı ilə bağlı mesajların verilməsi: Müdafiə Nazirliyi ermənilərin qanunsuz postlarının istiqamətlərinə işarə vurmuşdu; 

Və nəhayət, Qafan-Gorus yolunun bağlanması: Bakı bununla Rusiyaya da ata biləcəyi addımları əməli şəkildə göstərdi;

Moskva anlayır ki, Bakının istəkləri yönündə prosesi sürətləndirməsə, vəziyyət nəzarətdən çıxa bilər və bu, həm Rusiyanın vasitəçilik missiyasını riskə atır, həm də Azərbaycanı ondan uzaqlaşdırır.

Asif Nərimanlı düşünür ki, Putinin Paşinyanın ardınca Əliyevlə də təmasa keçəcəyi gözləniləndir və belə demək mümkünsə, “bütün yollar Moskvaya aparır”: Rusiyada üçtərəfli görüşün olacağı ehtimalı böyükdür;


İstisna deyil ki, belə bir masanın qurulması zərurətini artıran proseslər də baş versin, həm Qarabağda, həm də sərhəddə.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Donald Tramp Krıma gələcək?

Donald Tramp Krıma gələcək?

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Makron Moskvaya səfər edəcək?

Makron Moskvaya səfər edəcək?

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Tələbə qızlar dəm qazından zəhərləndi

Tələbə qızlar dəm qazından zəhərləndi

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO