İlham Əliyevin son çıxışındakı SİYASİ MESAJ: Şərqi Zəngəzur varsa, demək Qərbi Zəngəzur da var

Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyevin çıxışı zamanı həm İrəvana, həm də erməni havadarlarına bəzi mesajlar ünvanlanıb.

Bizim.Media ölkə başçısının çıxışndakı bəzi siyasi eyhamlara aydınlıq gətirmək üçün millət vəkili Elşad Mirbəşiroğlu ilə əlaqə saxladı.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”


Deputatın sözlərinə görə, Prezident ilk növbədə xalqımıza qarşı törədilən tarixi ədalətsizlikllərdən danışdı:

“Ölkə başçısı qeyd etdi ki, ötən əsrin 20-ci illərində xalqımız müxtəlif zərbələrə məruz qalıb. Birinci zərbə ondan ibarət oldu ki, Azərbaycanın tarixi torpaqları, Zəngəzur ərazisi Ermənistana verildi. 1923-cü ildə isə heç bir əsas olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bir müddət keçdikdən sonra Ermənistana verilmiş tarixi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası həyata keçirildi. Ölkə başçısı həmçinin 2021-ci ilin 7 iyul tarixinin əlamətdar gün olduğunu vurğuladı. Çünki 1923-cü il 7 iyul tarixində Dağlıq Qarabağ Muxtar Vilayəti heç bir əsası olmadan yaradılmışdısa, 2021-ci il iyulun ayının 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonları yaradıldı. Bu rayonların yaradılması dünyaya bir mesajdır.

Yəni, bir ərazinin şərq hissəsi haqqında danışılırsa, deməli onun qərb hissəsi də var. Şərqi Zəngəzurdan danışılırsa, Qərbi Zəngəzur da mövcuddur. Bu isə o deməkdir, bütün Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır”. 


Deputat xatırlatdı ki, Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edərkən də bilirdi ki, 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib.

Bütün bunlar isə Dağlıq Qarabağın status məsələsinin qaldırılmasının əsassız olduğunu növbəti dəfə sərgiləyir. Sərhədləri olmayan bir coğrafi ərazinin statusundan danışmaq olmaz:

“İkincisi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi işğalçıların əsas məqsədi olub. Sadəcə olaraq, sonradan Ermənistan özünün işğalçılıq siyasətini malalamaq üçün qondarma rejimin statusundan da danışmağa başladı. 1989-cu ildə Ermənistan parlamenti Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edib. Yəni, Ermənistanın dünyada işğalçı kimi tanınması üçün bu kifayətdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Donald Tramp Krıma gələcək?

Donald Tramp Krıma gələcək?

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Makron Moskvaya səfər edəcək?

Makron Moskvaya səfər edəcək?

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Tələbə qızlar dəm qazından zəhərləndi

Tələbə qızlar dəm qazından zəhərləndi

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO