Gorus-Qafan yolunda BLOKADA - Azərbaycanın Ermənistana son xəbərdarlığı

Avqustun 25-də erməni təxribatı nəticəsində hərbçimizin yaralanmasından sonra, hərəkətə keçən Azərbaycan silahlı qüvvələri Gorus-Qafan yolunu bağlayıblar. Ermənilərin bütün cəhdlərinə baxmayaraq isə yolun bir hissəsi yenə də hərbçilərimiz tərəfindən qapalı vəziyyətdə saxlanılır. 

Sözügedən addımın atılması isə mühüm strateji əhəmiyyət kəsb edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ


1. Yolun bağlanması ilə İran-Ermənistan arasında yükdaşımaları Azərbaycanın nəzarətinə keçdi. Belə olan halda isə, İrandan Qarabağın ermənilər yaşayan hissəsinə “naməlum” yüklərin daşınmasının qarşısı alınacaq. Təsadüfi deyil ki, yolun qapadılmasından sonra İrandan gələn onlarla tırın hərəkəti dayanıb.

2. Azərbaycan öz manevr imkanlarını dünyaya nümayiş etdirdi. Gorus-Qafan yolunun qapadılması ilə Azərbaycan təkcə İrəvana yox, eyni zamanda Ermənistana dəstək verən ölkələrə də “gövdə nümayişi” etməyi bacardı. 

3. Ermənistanın uğursuz startegiyasına dünya bir daha şahid oldu. Belə ki, 44 günlük savaşdan sonra Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olması artıq məlum oldu. Buna baxmayaraq, rəsmi İrəvan alternativ yolun tikntisi üçün heç bir addım atmayıb. Hələ üstəlik Azərbaycan tərəfinə qarşı vaxtaşırı silahları işə salmaqla, rəsmi Bakını əməli addımlar atmağa vadar edib.

4. İrəvanın Kremlə olan inamına zərbə vuruldu. Ermənistan tərəfinin etdiyi özbaşnalıqların bəlkə də ən böyük səbəbi Moskvadan bellərinin bərk olması idi. Lakin Azərbaycan bir daha göstərdi ki, Ermənistan Azərbaycanla sərhədlərinin cənub hissəsini ruslara əmanət etməklə öz pozuculuq fəaliyyətlərini asanlıqla yerinə yetirə bilməyəcəklər.

5. Ermənistana Zəngəzur dəhlizi ilə bağlı böyük xəbərdarlıq edildi. Erməni tərəfi həm sülh prosesini uzatmaqla, həm qol çəkdikləri bəyanatları təhrif etməklə, həm də mövqelərimizi atəşə tutmaqla Zəngəzur dəhlizinin qarşısını almağa cəhd göstərsələr də, Azərbaycan qəbul edilmiş şərtlərin yerinə yetirilməsi üçün lazımi addımların atılacağını bir daha sübut etdi. Belə ki, rəsmi Bakı sübut etdi ki, Ermənistan nə qədər ki, kommunikasiyaların bərpasına maneələr törədəcək, bir o qədər də bunun cəzasını ağır şəkildə ödəməyə davam edəcək.

Niyə Laçın dəhlizi yox?

Qarabağın ermənilər yaşayan hissəsinə istər İrandan, istərsə də Ermənistandan gələn yüklər Laçın koridoru vasitəsilə daşınırdı. Lakin sözügedən dəhlizə nəzərən, Gorus-Qafan yolunun tutulmasının strateji “avantaj”ları yuxarıda da qeyd olunduğu kimi Azərbaycana daha böyük fayda gətirdi.

Rəsmi Bakının haqlı olaraq Gorus-Qafan yolunu qapatmasının bir digər səbəbi isə, humanizm prinsiplərindən irəli gəlir.


Yəni Azərbaycan öz vətəndaşları kimi qəbul etdiyi Qarabağda yaşayan ermənilərin Ermənistanla bağını kəsmək yerinə, qeyd olunan addımı atmaqla, növbəti dəfə öz vətəndaşlarına qarşı insani rəftarını bir daha sübuta yetirdi.

Bundan əlavə, Azərbaycan 10 noyabrda imza atdığı bəyanata sadiq olduğunu da bütün dünyaya nümayiş etdirdi. Belə ki, rəsmi Bakı Qarabağın ermənilər yaşayan hissəsi ilə Ermənistan arasında gediş-gəlişə mane olmadığını göstərməklə, İrəavndan fərqli olaraq hüquqi normalara olan hörmətini də sübuta yetirmiş oldu.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

End of content

No more pages to load

RADİO