Erməni lobbisinin məğlubiyyəti: Lyon Məhkəməsi Şuşa ilə bağlı sənədləri ləğv etdi

2-ci Qarabağ müharibəsindəki məğlubiyyəti həzm edə bilməyən fransadakı erməni lobbisinə Lyon Apellyasiya Məhkəməsi daha bir məğlubiyyət yaşadıb.

Bizim.Media xəbər verir ki, Lyon Appelyasiya Məhkəməsi 2015-ci ildə erməni lobbisinin təhriki ilə əhalisinin əksəriyyəti erməni mənşəli fransızlar olan Sənt-Etyen, Burq-le-Valans, Desin-Şarpyö şəhərlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və Xocavənd şəhərləri ilə qanunsuz imzalanmış əməkdaşlıq xartiyasına son qoyub.

Artıq bir neçə ildir mübahisəli olan məhkəmə işi başa çatıb. Ermənilər əməkdaşlıq xartiyasının saxlanmasına çalışsalar da, Appelyasiya Məhkəməsi imzalanmış sənədin qeyri-qanuni olduğunu qətiyyətlə bildirib və əməkdaşlıq sənədini ləğv edib.

Həmçinin, ermənilər məhkəmə xərclərini də ödəməli olublar.

Qeyd edək ki, 2013-cü il iyun ayından etibarən Fransanın bir sıra yerli hakimiyyət orqanlarının rəhbərləri (əsasən erməni icmasının çox olduğu regionlar -Ile de France, Rhone-Alpes, Alpes-Provence-Cote-d’Azur) Qarabağın işğal olunmuş ərazilərinin separatçı nümayəndələri ilə əməkdaşlıq haqqında 28 qeyri-qanuni sənəd (nizamnamə, bəyannamə, bəyanat, saziş və xartiya) imzalamışdılar.

Paytaxtı Lyon şəhəri olan və daha çox erməni məskunlaşmış Overn-Ron-Alp regionu ilə belə 15 qanunsuz sənəd imzalanıb. 
 

Azərbaycanın Fransadakı səfirliyi bu qanunsuz sənədlərin ləğvi istiqamətində iş apararaq, məhkəmələrə müraciət edib.


“Lyon Appelyasiya Məhkəməsinin ləğv etdiyi xartiyalar məhz bu regionun 3 şəhəri ilə imzalanıb. İşğal altında olmuş Şuşada (2014-cü il oktyabrın 5-də Burq-le -Valans və 2018-ci il oktyabrın 21-də Sənt-Etyen) və Xocavənddə (2017-ci il sentyabrın 25-də Desin- Şarpi) separatçı rejimin nümayəndələri ilə qanunsuz dostluq xartiyaları imzalanmışdı. Fransadakı səfirliyimizin apardığı işlər nəticəsində Qrenobl (2019-cu il 6 iyun) və Lyon (2019-cu il 19 sentyabr) İnzibati Məhkəmələri bu qanunsuz sənədləri ləğv ediblər.

“Erməni icmasının təzyiqi altında bələdiyyə başçıları apellyasiya şikayəti verdilər və rəsmi bildiriş aldıq ki, Lyon İnzibati Apellyasiya Məhkəməsi hər üç şikayəti rədd edib və əvvəlki ləğv qərarlarını qüvvədə saxladı”, - deyə səfir Rəhman Mustafayev vurğulayıb.

O qeyd edib ki, bütün qanunsuz sənədlərin ləğv edilməsi səfirliyin prioritet vəzifəsi olub, ancaq ölkəmizin mənəvi paytaxtı olan Şuşa xüsusi mövzu olub.
 

Yerli daşnakların və ASALA üzvlərinin satqın fransız siyasətçiləri ilə birlikdə torpaqlarımızın işğalını qanuniləşdirməsinə yol verə bilmərik.


Xatırladaq ki, səfirliyimizin səyləri nəticəsində Fransanın müxtəlif instansiya məhkəmələri tərəfindən 10 qanunsuz sənəd artıq ləğv edilib. Onlardan 4-ü apelyasiya şikayəti əsasında rədd edilib, 3 qanunsuz sənəd məhkəmədə baxılır, digər qanunsuz sənədlərlə əlaqədar işlər davam edir (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Donald Tramp Krıma gələcək?

Donald Tramp Krıma gələcək?

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Makron Moskvaya səfər edəcək?

Makron Moskvaya səfər edəcək?

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Tələbə qızlar dəm qazından zəhərləndi

Tələbə qızlar dəm qazından zəhərləndi

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO