Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Flippo Qrandini yenidən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) seçilməsi münasibəti ilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə C.Bayramov “Twitter” hesabında yazıb.
“Azərbaycanın məcburi köçkünlərinin azad edilmiş bütün ərazilərə qaytarılması üçün birgə fəaliyyətimizi səbirsizliklə gözləyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Baş Məclis F.Qrandini 30 iyun 2023-cü il tarixinədək yenidən UNHCR-in Qaçqınlar üzrə Ali Komissarı seçib.
Bizim.Media