BMT-nin son samitində çıxış edən Ukrayna prezidenti Viktor Yanukoviç Rusiyanın rəsmi Kiyevi qaz sazişlərinə yenidən baxacağı ilə şantaj etdiyini bildirib. Nəzərinizə çatdıraq ki, bir müddət öncə Rusiya Belarusda iri zavod rəhbəri olan bir şəxsi ölkəyə dəvet edib hava limanındaca həbs etmişdi. Rusiyanın qonşularına qarşı sərgilədiyi bu soyuqluq müqabilində, Azərbaycan Ukrayna və Belarusla münasibətlərini get-gedə yaxşılaşdırmaqdadır. Bəs görəsən ölkəmizin sərgilədiyi bu siyasi xətt bizə nə vəd edir?
Mövzu ilə əlaqədar olaraq Moderator.az-a açıqlam verən Politoloq Natiq Mirinin sözlərinə görə, Azərbaycanın Ukrayna və Belarus ilə münasibətləri yaxşılaşdırması Rusiyanı narahat edir:
“Rusiyanın əsas məqsədi Azərbaycan və Rusiyanı Gömrük İttifaqına üzv etdirməkdir. Rusiya SSR-ni bu yolla bərpa etmək və regionda hegemonluq etmək istəyir. Nə qədər ki, Azərbaycan və Ukrayna gömrük ittifaqına üzv olmayıb bu ölkələrə olan təzyiqlər bu və başqa formada davam edəcək. Azərbaycanın Belarus və Ukraynaya isti münasibəti hal-hazırda Rusiyanı çox qıcıqlandırır”.
Xəyal Əzizov