Fransanın Oranj şəhərində mənzillərində beş körpənin cəsədinin qalıqları tapılan 32 yaşlı qadın və onunla birlikdə yaşayan şəxs (mülki nikahda olduğu şəxs) saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) informasiya agentliyi məlumat yayıb.
Jurnalistlərin verdiyi məlumata görə, onların mənzilindəki qutularda dörd körpənin skeletləşmiş qalıqları və beşinci uşağın cəsədi tapılıb. Hazırda qadın 15 yaşınadək yetkinlik yaşına çatmayanın qətlə yetirilməsi işi çərçivəsində ifadə verir.
İlkin məlumatlara görə, iyulun 26-da qadın sağlam bir uşaq dünyaya gətirib və bundan sonra o, xəstəxanaya yerləşdirilib. Onun saxlanılması isə qadın xəstəxanadan evə buraxıldıqdan qısa müddət sonra baş verib.
Prokurorluqdan əlavə ediblər ki, qalıqları qadınla birgə yaşayan şəxs mənzilə baxış keçirərkən tapıb. Bununla yanaşı, saxlanılan qadında daha əvvəl hamiləliyin inkar edilməsi (psixoloji vəziyyət) müşahidə olunub, bədənində isə bu vəziyyətə xas olan xüsusiyyətlər demək olar ki, nəzərə çarpmayıb.
Bizim.Media