Azərbaycan Prezidenti: “Qarabağı, Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”

“Böyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.

“Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”, deyə dövlət başçısı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”


Prezident qeyd edib ki, müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərir, sözün əsl mənasında, ölümə gedirdilər:

“Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

End of content

No more pages to load

RADİO