İlham Əliyev: “Müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”

“Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.

“Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”, deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir.

“Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Trampla Zelenskinin Ağ Evdəki görüşü BAŞA ÇATDI - FOTO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Göyçayda hektarlarla ərazi yanır - VİDEO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Ölkə üzrə yeganə 700 bal toplayan abituriyent: “Çox çalışmaq kifayət etmir” - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Separatçıların apellyasiya məhkəməsində çıxışlar BAŞA ÇATDI - FOTO

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Daha bir güləşçimiz dünya çempionatında MEDAL QAZANDI

Bu şəxslərin maaşı ARTIRILACAQ

Bu şəxslərin maaşı ARTIRILACAQ

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Rəqsanə tanınmaz halda - FOTO

Rəqsanə tanınmaz halda - FOTO

End of content

No more pages to load

RADİO