Azərbaycanlı nümayəndələr İstanbulda vacib hesabatla çıxış etdi - TƏFƏRRÜAT

Xəbər verildiyi kimi ötən gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Forumunun 4-cü Baş Assambleyası öz işinə başlayıb. 

Forumun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev mərkəzin 2 il yarım ərzində fəaliyyəti ilə bağlı Baş Assambleyaya hesabat təqdim edib.



Hesabatda Regional Mərkəzin Azərbaycan, Orta Asiya, İran, Pakistan, Əfqanıstan, Şərqi Avropa və Rusiya Federasiyasını əhatə edən çoxşaxəli fəaliyyətindən bəhs edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan İslam ölkələri gənclərinə müraciət etdi - İSTANBULDAN ÖZƏL 


Mərkəzə 2010-cu ildən ev sahibliyi edən Azərbaycan hökumətinin beynəlxalq səviyyədə gənclərin inkişafına verdiyi töhfələrdən danışılıb. Hesabat dinlənildikdən sonra Baş Assambleyanın üzvləri, müxtəlif ölkələri təmsil edən gənclər söz alaraq Avrasiya Regional Mərkəzinin fəaliyyətlərini təqdir ediblər və Azərbaycan hökumətinə Mərkəzin fəaliyyətlərinə lazımi dəstəyi verdiyi üçün təşəkkür ediblər. Bunu Azərbaycan dövlətinin həm milli, həm də beynəlxaql səviyyədə uğurlu gənclər siyasətinin və bu istiqamətdə gənclərin inkişafı üçün verdiyi töhfələrin bariz nümunəsi kimi adlandırıblar.

Hesabat yekdilliklə qəbul edilib və Regional Mərkəzin bundan sonrakı fəaliyyətlərinə də tam dəstək ifadə edilib. 


Baş Assambleyada çıxış edən Regional Mərkəzin İdarə heyətinin sədri Elçin Əsgərov İƏT Gənclər Forumunun 2004-cü ildə Azərbaycan hökumətinin dəstəyi ilə Bakıda təsis edildiyini qeyd edib. Bu müddət ərzində Azərbaycanın Forumu və onun fəaliyyətlərini daim dəstəklədiyini xatırladan Elçin Əsgərov Azərbaycanın Foruma sədrliyi dövründə Forumun uğurlu gələcəyi üçün həyati addımların atıldığını qeyd edib.


 

Bu baxımdan, Forumun keçmiş sədri Elşad İskəndərov başda olmaqla Forumda əməyi olan hər bir şəxsə təşəkkür ifadə olunub.  


Xatırladaq ki, İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Forumunun 4-cü Baş Assambleyasının işinə 50-dən çox ölkəni təmsil edən nümayəndələr qatılıb. Assambleya işini davam etdirir.






Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Donald Tramp Krıma gələcək?

Donald Tramp Krıma gələcək?

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Makron Moskvaya səfər edəcək?

Makron Moskvaya səfər edəcək?

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Tələbə qızlar dəm qazından zəhərləndi

Tələbə qızlar dəm qazından zəhərləndi

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO