İngiltərənin əfqan qaçqınlar planı – Hədəfdə Azərbaycan da var

Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra əfqan miqrantlar problemi Avropanı narahat edən önəmli məsələlərdən birinə çevrilib. Belə ki, daha əvvəl də İngiltərənin Baş Naziri Boris Conson əfqan qaçqınları ilə bağlı narahtalığını ifadə etmişdi. İndi isə rəsmi Londan problemi özündən uzaqlaşdırmaq üçün daha fərqli yola əl atıb. Belə ki, “ria novosti” agentliyində dərc olunan xəbərdə İngiltərənin müdafiə naziri Ben Uolos əfqanları quru yolu ilə ölkəni tərk etməyə çağırıb.

İngiltərə nəyi hədəfləyir?

Təbii ki, əfqan qaçqınların Kabil aeroportundan təyyarələrə ölkəni tərk etməsi zamanı onlar birbaşa olaraq ABŞ-a və Avropaya aparılırlar. Lakin quru yollarından istifadə olunması mühacirlərin daha yaxın ölkələrə üz tutması deməkdir. Əfqan qaçqınların əsas hərəkət istiqamətləri ilə bağlı xəbərlərə nəzər saldıqda isə görə bilərik ki, onlar ya İran ərazisindən keçməklə Türkiyəyə, ya da Mərkəzi Asiyadan Rusiyaya üz tuturlar. 
 

MÖVZU İLƏ BAĞLI:

“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?


Belə olan halda isə, bir sıra qaçqınların Avropa xəyalları başlamadan bitə bilir.

Belə ki, Türkiyə, Rusiya başda olmaqla digər bir sıra region ölkələrdəki həyat şərtləri də əfqanlar üçün əlverişli sayılır. Eyni zamanda Qərbə üz tutmağın Avropa birliyinin qatı miqrant siyasətinə görə qəliz olması və sərhədlərdə nəzarətin gücləndirilməsi səbəbindən qaçqınlar riskə getməyərək qeyd olunan ölkələrdə qalmağı üstün tuturlar.

Sözügedən iki quru yolundan Mərkəzi Asiyadan keçəni isə əfqanlar üçün daha çətin marşrut hesab olunur. Çünki Talibanın yenidən fəallaşmağa başlamasından sonra region ölkələri ayrı-ayrılıqda, eyni zamanda Rusiyanın da dəstəyi ilə sərhəd təhlükəsizliyini maksimum səviyyəyə gətiriblər. Belə olan halda isə, İran üzərindən keçən cənub marşrutu əfqanlar üçün ideal seçimə çevrilir.

Bu zaman isə real təhlükə ilə üzləşən ölkələr siyahısında əsas yeri Türkiyə tutur.

“Qara siyahı”da Azərbaycan da var
 

Lakin problem təkcə Türkiyə üçün mövcud deyil. Eyni zamanda Azərbaycan da real miqrant təhlükəsi ilə qarşı-qarşıya qala bilər. Bunun baş vermə ehtimalını artıran bir sıra səbəblər də mövcuddur:


Birincisi, Azərbaycanın regionda yüksək rifah halına malik ölkələrdən olması əfqanların İrandan Cənubi Qafqaza da yönəlməsi ilə nəticələnə bilər.

İkincisi, Türkiyə rəsmilərinin əfqan mühacirlər haqqında verdiyi sərt bəyanatlar və İranla sərhəddə divar hörməklə təhlükəsizliyi maksimum səviyyədə saxlaması Azərbaycanın daha əl çatan qurtuluş yolu kimi seçilməsinə səbəbiyyət verə bilər.

Üçüncüsü, sülhməramlılarımızın Əfqanıstandakı humanist davranışları əfqan qaçqınlarda Azərbaycan sərhədlərində də eyni humanistliklə qarşılanıb rahatlıqla ölkəyə girmələrinə icazə veriləcəyi kimi yalnış təsəvvür yarada bilər.

Lakin həm ölkə qanunvericiliyi, həm də sərhəd təhülkəsizliyinin yüksək səviyyədə qorunması səbəbindən əfqanların böyük kütlələr halında Azərbaycana girə bilməsi inandırıcı görünmür.
 

Buna baxmayaraq, Qərbin öz rahatlığı üçün problem olaraq gördüyü məsələni region ölkələrinin üzərinə yıxmaqla qurtulmaq cəhdlərini də yaddan çıxarmaq olmaz. 


Avropa yeni planının baş tutması isə real deyil. Çünki bu dəfə nə rəsmi Ankara suriyalılarla olduğu kimi problemi öz üzərinə götürəcəyi, nə də region ölkələri sözügedən proseslərin baş verməsinə şərait yaradacağı inandırıcı görünmür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Donald Tramp Krıma gələcək?

Donald Tramp Krıma gələcək?

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Universitetlərə qəbul imtahanı üçün qeydiyyat BAŞLAYIR - TARİX AÇIQLANDI

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

Rutte Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırdı

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

DYP-dən dumanlı hava ilə bağlı MÜRACİƏT

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

Makron Moskvaya səfər edəcək?

Makron Moskvaya səfər edəcək?

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

ABŞ nüvə reaktorunu sınaqdan keçirir – Pentaqonun MƏQSƏDİ NƏDİR? - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bu dəqiqələrdə Bakı: Dumandan göz-gözü görmür - FOTO

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

Bakıda oğul anasını döydü - TƏFƏRRÜAT

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Martın 9-u qeyri-iş GÜNÜDÜR?

Tələbə qızlar dəm qazından zəhərləndi

Tələbə qızlar dəm qazından zəhərləndi

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

“Jiquli”də gündəm olan ahıl cütlüyün 8 övladı, 14 nəvəsi var – VİDEO

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

"Şamaxı" bu gün "Turan Tovuz"u sınağa çəkəcək

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur – VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Yasamalda avtomobil yandı

Yasamalda avtomobil yandı

End of content

No more pages to load

RADİO