Əlikram Hümbətov İrəvanda azərbaycanca suala cavab verməkdən imtina etdi

Özünü separatçı “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş Əlikram Hümbətov İrəvanda səfərdədir. ANS PRESS BBC-yə istinadən xəbər verir ki, Əlikram Hümbətov İrəvan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında talışsünaslıq üzrə magistr proqramının açılışında iştirak edib.

Kafedra müdiri Qarnik Asatryan qonağı Talış-Muğan Respublikasının prezidenti kimi təqdim edib.

BBC-nin müxbiri İrəvandan xəbər verir ki, divara naməlum bayraq vurulub, talış dilində oxunan himn çalınarkən hamı ayağa qalxıb və Əlikram Hümbətovu əl çalaraq qarşılayıb. Daha sonra Qarnik Asatryan səslənən musiqinin "Lənkəran himni" olduğunu deyib.

Əlikram Hümbətov BBC müxbirinin azərbaycanca sual vermək cəhdini rədd edib. Professor Asatryan İrəvan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında öz dövlətçiliyi olmayan Şərq xalqlarının tarixi, mədəni irsinin öyrənilməsi üzrə tədqiqatlar aparıldığı haqqında məlumat verib.

O, son illər xüsusilə “talışsünaslıq” üzrə xeyli iş görüldüyünü qeyd edib. İrəvan Dövlət Universiteti İranşünaslıq Kafedrasında professor Qarnik Asatryanın rəhbərliyi altında “Talış xalqının tarixi və mədəniyyəti müqəddiməsi” kitabı, rus dilində “Talış xalq nağılları” çap olunub, talış əlifbası dərsliyi tərtib olunub və İslam Təhqiqatlar Mərkəzi və İmam Əli Tehran Humanitar Təhqiqatlar Mərkəzi ilə birlikdə Müqəddəs Qurandan seçilmiş ayələr talış dilinə tərcümə olunmaqdadır.

Əlikram Hümbətov talış xalqının irsinə diqqətə görə təşəkkürünü bildirib. “Lragir.am” informasiya saytının məlumatına görə, Ermənistana səfəri çərçivəsində Əlikram Hümbətovun Ermənistan ictimai, siyasi və elmi dairələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Bundan başqa, o, iki gün Dağlıq Qarabağda olacağı, Stepanakert Universitetində çıxış edəcəyi planlaşdırılıb.
Əlikram Hümbətov Azərbaycan vətəndaşlığından çıxarılıb və hazırda Hollandiyada yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Kofe sevənlərə ŞAD XƏBƏR - Faydaları BƏLLİ oldu

Kofe sevənlərə ŞAD XƏBƏR - Faydaları BƏLLİ oldu

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb - FOTO

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb - FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Ciddi problemin SİQNALI - Şişkinlik nə vaxt təhlükəlidir?

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

Kral III Çarlzın 56 il əvvəl ABŞ-da başına nə iş gəlmişdi? - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

İtkin düşən 61 yaşlı qadın axtarılır - FOTO

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Türkiyə millisi iki yoxlama oyunu keçirəcək

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

Putin–Tramp danışığı fonunda 400 milyonluq MESAJ – Ukrayna üçün nə VƏD EDİR?

Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Naxçıvanda FHN əməkdaşı faciəli şəkildə həyatını itirdi - FOTO

Naxçıvanda FHN əməkdaşı faciəli şəkildə həyatını itirdi - FOTO

Sevillə Sevincin başına İŞ GƏLDİ: “Atışmaların səsi qulağımdadır” - VİDEO

Sevillə Sevincin başına İŞ GƏLDİ: “Atışmaların səsi qulağımdadır” - VİDEO

Bakıdan Dubaya uçuşlar bərpa edilir - Tarix açıqlandı

Bakıdan Dubaya uçuşlar bərpa edilir - Tarix açıqlandı

Xarici diplomatlar Laçında - FOTO/VİDEO

Xarici diplomatlar Laçında - FOTO/VİDEO

Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?

Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?

Niyə yazda yorğun görünürük? - İLGİNC SƏBƏBLƏR

Niyə yazda yorğun görünürük? - İLGİNC SƏBƏBLƏR

Bakı-Sumqayıt yolunda obyektlər yandı - FOTO/VİDEO

Bakı-Sumqayıt yolunda obyektlər yandı - FOTO/VİDEO

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

“Ən böyük arzum prokuror olmaqdır” – Buraxılış imtahanında maksimal bal toplayan SƏMA

“Ən böyük arzum prokuror olmaqdır” – Buraxılış imtahanında maksimal bal toplayan SƏMA

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

End of content

No more pages to load

RADİO