Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Rusiya sülhməramlıları ən qısa müddətdə müvafiq tədbirləri görməyə başlayıblar:
"Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, həm də Azərbaycan icması ilə sıx əməkdaşlıq edir, humanitar problemlərin həllinə kömək göstərir”.
Bizim.Media