“Azərbaycanda iqtidar da, müxalifət də bunun əleyhinədir” – Çingiz Qənizadədən ŞƏRH

ABŞ, Fransa, Rusiya ATƏT çərçivəsində danışıqların bərpası məsələsini son günlər çox səsləndirirlər, bunun arxasında nə durur? Azərbaycan bu təklifi qəbul edəcəkmi?

“ATƏT-in Minsk Qrupu fərasətsizliyini və təsirsizliyini yarandığı gündən bu günə qədər göstərdi. Nəinki fərasətsizliyini göstərdi, həm də tərəfsizliyini qoruyub saxlaya bilmədi. ATƏT-in Minsk Qrupu status-kvonu saxlamaqla Qarabağı Azərbaycandan daha da uzaqlaşdırmaq siyasətini güdürdü və elə hesab edirdi ki, yeni nəsil formalaşdıqca Azərbaycanın yeni nəsli Qarabağsız, Qarabağda olan yeni nəsil isə daha çox erməniləşdiriləcək. Və Qarabağ ermənilərdə qalacaq” deyən eks deputat Çingiz Qənizadə əlavə etdi ki, ATƏT-in Minsk Qrupu Qarabağ separatçılarını da bu və ya digər formada dəstəklədi.

Bizim.Media-ya özəl açıqlamasında Çingiz Qənizadə onu da bildirdi ki, hazırda regiona qayıtmaq istəyən Minsk Qrupu zamanında ermənilərin Qarabağda istehkam qurmalarına, separatçıların silahlanmalarına göz yumdu.

Azərbaycan hökuməti və cəmiyyəti haqlı olaraq ATƏT-in Minsk Qrupuna yox dedi:

“Və bir il öncə Minks Qrupunu eşitmədən azadlıq müharibəsinə başladıq. Ən əsası ATƏT-in Minsk Qrupu BMT-nin 4 qətnaməsinin icrasına belə reaksiya vermədi. Artıq işğal olunmuş ərazinin 17 faizinə qədəri tam azad olunub. Qalanları isə sülhməramlıların nəzarəti altındadır və müəyyən danışıqlar gedir. ATƏT-in Minsk Qrupuna nə ehtiyac var? Əgər Minsk Qrupu Makronla formalaşacaqsa, onlar açıq şəkildə qeyd edirlər ki; “biz Ermənistnın yanındayıq”.
 

Yəni, təşkilatda tərəf saxlaya bilən nümayəndə olmamalıdır. Minsk Qrupu olacaqsa, onda üzvləri dəyişdirilməlidir və Fransa orada heç cür ola bilməz. BMT də Amerikada yerləşir, ABŞ da burada passiv rol oynayan dövlətlərdən biri oldu. 


Amma bir şeyi başa düşək ki, bizim istəyimizlə bu qurumun ləğvi prosesi də mümkün deyil. 

Azərbaycan cəmiyyətinin, dövlətin qəti etirazı ilə biz onların aktivləşməsinin qarşısını ala bilərik və bilməliyik. Çünki ATƏT-in Minsk Qrupu regionda yenidən fəllaşmağa can atacaqsa, bu, ermənilərin daha da aktivləşməsinə və prosesin sülh yolu ilə həll edilməməsinə xidmət edən amillərdən biri olacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?


Çingiz Qənizadə müsahibə zamanı başqa nüanslara da toxundu. Belə ki, Rusiya da Makron və ABŞ-ın xüsusi nümayəndələri ilə ATƏT-in Minsk Qrupu məsələsini müzakirə edir:


“Digər tərəfdən sülhməramlıların nəzarəti altında olan ərazidə ermənilər atəşkəsi pozur. Rusiya ATƏT-in Minsk Qrupunun üzvü olsa da, tam tərkibdə bu qrupun formalaşmasının tərəfdarı deyil. Çünki Kreml bölgədəki nüfuzunu qoruyub saxlamağa çalışır.
 

ATƏT-in Minsk Qrupu yenidən formalaşacağı təqdirdə onda Moskvanın regiondakı rolu zəifləyəcək və gələcəkdə onlar sülhməramlıların Qarabağdan çıxarılmasını, yaxud qalmasını istəyəcəklər. Bu da Azərbnaycanın zərərinə olacaq bir məsələdir.

 
Mən birmənalı olaraq qeyd edirəm ki, bu gün Azərbaycan hakimiyyəti, Azərbaycan müxalifəti, ictimai-siyasi həyatı ATƏT-in Minsk Qrupunun yenidən gündəmə gəlməsinin tam əleyhinədir. Çünki biz uzun illərdir ki, onların ermənilərin yanında olmasını görürdük”.

Eks deputat sonda vurğuladı ki, Makronun müharibə dövründəki açıqlamaları da bunun isbatıdır.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Çexiya Polşaya helikopterlər göndərəcək

Çexiya Polşaya helikopterlər göndərəcək

End of content

No more pages to load

RADİO