Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Son illərdə Bakıda köhnə yaşayış binalarının sökülməsi prosesi geniş vüsət alıb. Bu proses tək şəhərin simasının yenilənməsi baxımından deyil, həm də sosial və hüquqi müstəvidə müxtəlif müzakirələrə səbəb olur. Əsas narazılıq isə söküntü zamanı sakinlərə ödənilən kompensasiyalarla bağlıdır. Mütəmadi olaraq köhnə mənzillərindən çıxarılan sakinlərlə tikinti şirkətləri arasında kompensasiya məbləği ilə bağlı ciddi fikir ayrılıqları yaranır. Bəs bu sahədə narazılıqları minimuma endirmək, prosesə şəffaflıq və ədalət gətirmək üçün hansı sistemli addımlar atıla bilər?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Vətəndaş narazı qalarsa...

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, bu sahədə qiymətləndiricilər olmalıdır: "Qiymətləndirmə haqqında müvafiq qanunvericilik var. Dövlət sifarişi olan yerlərdə bu proses həyata keçirilir. Müstəqil qiymətləndiricilər cəlb edilir, ərazi qiymətləndirilir, kompensasiya məbləği təyin olunur. Özəl şirkətlər əsasən vəsaitə qənaət edirlər. Yaxşı olardı ki, hər bir əmlakın satın alınmasında qiymətləndirmə həyata keçirilsin. Vətəndaş narazı qalarsa, digər şirkətlərə müraciət etsin. Həm vətəndaşlar, həm də tikinti şirkəti bunda maraqlı olmalıdırlar".

E.Azadov bildirib ki, əvvəl bu məsələdə hər rayonun rəhbərliyi sərəncamı özü verirdi. İcra Hakimiyyəti vətəndaşla şirkət arasında tənzimləyici idi. Bu, sonradan ləğv edildi. Artıq tənzimləyici mexanizm mövcud deyil: "Qanun deyir ki, vətəndaşı razı salmalısan. Razılaşma olmadıqda, məhkəməyə müraciət edilir. Bəzən olur ki, vətəndaş ödənilən məbləğə eyni ərazidən əmlak ala bilmir. Problemlər buradan qaynaqlanır. Çox az hallarda vətəndaşlar sui-istifadə hallarına yol verirlər. Bu zaman məhkəmə tikinti şirkətinin xeyrinə qərar qəbul edir. Amma tikinti şirkətləri qanunu daha çox pozurlar. Kim köçmək istəmir, onları narahat etməyə başlayırlar. Bu hallar daha çox fərdi yaşayış evlərinin söküntüsü zamanı baş verir. Qanunsuz tikili olanda vətəndaşlar daha çox təzyiq altında qalırlar".

Ekspert bildirir ki, vətəndaşlara evləri sökülməzdən ən azı altı ay əvvəl yazılı bildiriş gəlməlidir. Bütün danışıqlar yazılı şəkildə aparılmalıdır: "Yaxşı olar ki, prosesə hüquqşünas cəlb etsinlər. Şirkətlə heç bir şifahi danışıq aparmasınlar".

"Qiymətləndiricilərin iştirakı rəsmiləşdirilməlidir"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da deyir ki, prosedurlara görə dövlət sifarişi olduqda, tender elan edilir, qalib gələn qiymətləndirmə şirkəti bir kvadratmetrin bazar dəyərini müəyyən edir: "Vətəndaşın əmlakının sahəsinə uyğun kompensasiya ödənilir. Əgər tikinti ilə məşğul olan sahibkar insaflıdırsa, heç bir problem baş vermir. Əks halda vətəndaş problemlə üzləşir. Tələb qoyulmalıdır ki, sövdələşmə sahibkarla vətəndaş arasında olduqda belə, kompensasiya məbləği qiymətləndirici şirkət tərəfindən təyin edilməlidir".

V.Orucun fikrincə, hər bir halda qanun vətəndaşın rahatlığını üstün tutmalıdır: "Bəzən vətəndaşın mənzili kiçik olduqda, təklif olunan kompensasiya ilə ev ala bilmir. Bu zaman məsələ məhkəməyə qədər gedir. Belə hallar yaşanmaması üçün müəyyən normativ sənədlər qəbul edilməlidir. Vətəndaşa yaşayış imkanları yaradılmalıdır".

"Mövcud razılaşma qanuniləşməlidir"

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov isə düşünür ki, bəzi hallarda vətəndaşlar yaranan imkandan sui-istifadə edirlər: "Bizdə əmlakın toxunulmazlığı əsas götürülür. Bu zaman əmlak sahibi istədiyi məbləği təyin edir. Qanunvericilik də vətəndaşın iddiası yönündə çıxış edir. Sahibkar bütün mənzil sahibləri ilə razılığa gələ bilir. Bir neçə nəfər qeyri-real tələb irəli sürür. Beləliklə, inşaat uzanır, digər evi sökülən vətəndaşlar uzun müddət kirayələrdə qalmalı olurlar".

F.Xəlilovun fikrincə, vətəndaşla şirkət arasındakı razılaşma qanuniləşməlidir: "Hazırda tikinti şirkətləri sakinlərə təklif edirlər ki, mənzilin sahəsi nə qədərdirsə, 20 faiz artıq mənzillə təmin edirik. Yaxud, bazar qiyməti ilə kompensasiya məbləği təklif olunur. Bu zaman vətəndaşlar narazılıq edirlər. O səbəbdən bu addım qanuniləşməlidir. Vətəndaşın evi necə hesablanıbsa, həmin ərazidə 20 faiz artıq sahə verilməklə, yeni mənzillə təmin olunmalıdır. Bu, məcburi həyata keçirilməlidir. Əgər əksər vətəndaşla razılıq əldə edilirsə, bir neçə şəxs etiraz edirsə, məcburi yol tətbiq edilməlidir".

Bəs qanun nə deyir?

Hüquqşünas Ceyhun Cəfərli bildirib ki, əmlak vətəndaşın mülkiyyətidir. Mülkiyyət də toxunulmazdır. Heç kim mülkiyyət hüququndan məhrum edilə bilməz: "Əmlak yalnız dövlət ehtiyacları üçün məcburi geri alına bilər. Bu zaman əmlakın bazar dəyəri müəyyənləşdirilərək qabaqcadan ödənilməklə mülkiyyət hüququna xitam verilir. Qeyri-dövlət ehtiyacları üçün məcburi satınalma nəzərdə tutulmayıb. Söküntülər də bu kateqoriyaya daxildir. Qanunvericiliyə görə, vətəndaşdan əmlakı məcburi alına bilməz. Yalnız qarşılıqlı razılıq olmalıdır. Məcburiyyət olmadığı üçün vətəndaş istədiyi qiyməti təyin edir. Vətəndaş görür ki, tənzimləmə yoxdur, ümid edir ki, daha çox qazana bilər".

Hüquqşünasın fikrincə, bu məsələ ilə bağlı qanunvericilikdəki boşluqlar aradan qalxmalıdır: "Dövlət bu məsələləri tənzimləməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Brent" markalı neft ucuzlaşdı

"Brent" markalı neft ucuzlaşdı

"Ac yatırdım, avtobusa minməyə pulum olmayıb"

"Ac yatırdım, avtobusa minməyə pulum olmayıb"

AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? – DOSYE

AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? – DOSYE

Əli Nəbiyev AQTA-nın sədr müavini TƏYİN EDİLDİ

Əli Nəbiyev AQTA-nın sədr müavini TƏYİN EDİLDİ

Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq

Qlobal təhlükəsizlik üçün KRİTİK SAMMİT – Ankarada hansı qərarlar VERİLƏCƏK?

Qlobal təhlükəsizlik üçün KRİTİK SAMMİT – Ankarada hansı qərarlar VERİLƏCƏK?

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Sürətli yolda həyatını təhlükəyə atdı – VİDEO

Sürətli yolda həyatını təhlükəyə atdı – VİDEO

Bakıda ödənişsiz avtobuslar fəaliyyətə BAŞLADI – Hərəkət SXEMİ – FOTO

Bakıda ödənişsiz avtobuslar fəaliyyətə BAŞLADIHərəkət SXEMİ – FOTO

Kürdəmirdə zəncirvari qəza: Bir nəfər xəsarət aldı – FOTO

Kürdəmirdə zəncirvari qəza: Bir nəfər xəsarət aldı – FOTO

Poroşenkonun fabrikində güclü yanğın – VİDEO

Poroşenkonun fabrikində güclü yanğın – VİDEO

"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ

"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ

Qobustan qəzasında xəsarət alanların SON DURUMU

Qobustan qəzasında xəsarət alanların SON DURUMU

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərin DİQQƏTİNƏ!

Baş Prokurorluqdan Tbilisidə öldürülən Fatimə ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Tbilisidə öldürülən Fatimə ilə bağlı AÇIQLAMA

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bu avtobuslarda gedişhaqqı artırıldı

Bu avtobuslarda gedişhaqqı artırıldı

Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Hikmət Hacıyev: “Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir” – FOTO/VİDEO

Hikmət Hacıyev: “Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir” – FOTO/VİDEO

Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

"Bugatti”nin “kapot”una Messi və Maradonanın şəkillərini yapışdırdı – FOTO

"Bugatti”nin “kapot”una Messi və Maradonanın şəkillərini yapışdırdı – FOTO

İlham Əliyevdən Malavi Prezidentinə MƏKTUB

İlham Əliyevdən Malavi Prezidentinə MƏKTUB

Cəmilə Qurbanova vəzifəsindən azad edildi

Cəmilə Qurbanova vəzifəsindən azad edildi

Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

End of content

No more pages to load

RADİO