Ukrayna üçün kritik görüşlər – Merkel-Bayden cütlüyü Kiyevi razı sala biləcəkmi?

Son günlərdə Qərbin güclü aktorları ilə Şərqi Avropa arasında diplomatiya trafikinin sıxlaşdığı müşahidə olunur. Belə ki, Almaniya kansleri Angela Merkelin ardından, indi də ABŞ Prezidenti Co Baydenin avqustun 31-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi haqqında məlumat verilib. 

Xatırladaq ki, avqustun 20-də Merkelin Rusiyaya rəsmi səfəri də baş tutub. 

Görüşlərdə əsas müzakirə mövzuları isə öncədən bəllidir:

1. Donbas və Krım böhranı

Davam edən kritik vəziyyəti nəzərə alsaq, Ukrayna və Rusiya arasındakı problemli məsələlərin Qərb üçün mühüm əhəmiyyətini qoruduğunu söyləyə bilərik. Situasiyanın gərginliyini isə son həftələrdə baş verənlər bariz şəkildə nümayiş etdirir.
 

Qeyd edək ki, son həftələrdə Ukraynanın şərqində münaqişə bölgəsində hərəkətliliyin artması ilə bağlı xəbərlər gəlməkdədir.


Belə ki, Ukrayna ordusunun intensiv şəkildə keçirdiyi təlimlər, eyni zamanda Donetsk və Luqansk yaxınlığına əlavə qüvvələrin səfərbər edilməsi vəziyyətin getdikcə daha da, kritikləşdiyinin göstəricisidir.

Məlum olduğu kimi, Ukrayna böhranında Qərb rəsmi Kiyevin yanında mövqe tutaraq, öz dəstəyini nümayiş etdirir. Bölgədə gərginliyin artığı dönəmlərdə isə Ukraynanın işğal olunmuş torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara cəlb etməyə çalışıb. Lakin Kiyev hökuməti bu müddət ərzində irimiqyaslı hərbi manevrlər etməkdən çəkinib. 

Və görünən qədərilə, Qərbin Ukrayna ilə danışıqları intensivləşdirməsinin əsas səbəbi də məhz Kiyevi bu yöndə əməli addımlar atmağa vadar etməkdir.

2. “Şimal Dəhlizi 2”

Rusiya qazını Avropaya daha qısa yolla çatdırmaq üçün çəkilməsi planlaşdırılan “Nord Stream 2” Ukraynanın da çörəyinə bais olub. Belə ki, daha əvvəl əsas enerji marşrutları məhz Ukrayna ərazisindən keçirdi və bunun nəticəsində rəsmi Kiyev təqribən 1.5 milyard dollara yaxın illik qazanc əldə edirdi. Lakin Qazpromla olan müqavilənin 2024-cü ildə başa çatmasından sonra Ukrayna bu məbləğdən məhrum olacaq. Belə olan halda isə, Ukrayna həm də enerji böhranı ilə də üzləşə bilər. Bu isə, Kiyevin Rusiya qazına alternativ enerji mənbələri axtarmasına gətirib çıxarıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay


Daha əvvəl ABŞ-ın Almaniyaya Rusiya ilə əməkdaşlıq səbəbindən göstərdiyi təzyiqin də səbəbi məhz Ukraynanın maraqları idi. 

Lakin xatırlatmaq yerinə düşər ki, Bayden və Merkel arasında Vaşinqtonda keçirilən görüşdə, Ukraynaya enerji məsələsində lazımi dəstəyin verilməsi haqqında razılaşma əldə olunmuşdu. İndi isə, yəqin ki, həm Bayden administrasiyası, həm də Almaniya hökuməti rəsmi Kiyevə tranzit gəlirlərinə, eyni zamanda alternativ enerji əldə etməyə yardım edəcəyini nümayiş etdirəcək.

Ümumilikdə isə, NATO-nun Qara dənizdəki təlimlərinin ardından, Qərbin indi də Kiyevin Moskvaya qarşı əlini gücləndirməsi regionda gərginliyin artacağının siqnallarını verir.


Ukraynanın enerji məsələsini isə yaxın 3 il ərzində həll etməkdən başqa çıxış yolu qalmayıb. Kiyevin bu istiqamətdə uğur əldə edib-etməyəcəyini isə zaman göstərəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün və ya fevralın 17-də...

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün və ya fevralın 17-də...

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO