Azərbaycan
Respublikasının Milli Məclisinin payız sessiyası sentyabrın 30-da öz işinə
başlayacaq. Bu barədə Moderator.az-a Milli Məclisin mətbuat katibi Akif
Təvəkküloğlu məlumat verib. A.Təvəkküloğlu bildirib ki, Milli Məclisdə
sentyabrın 15-dən komitələr fəaliyyətə başlayacaqlar. Komitələrdə Milli
Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrinə
baxılacaq.
Payız sessiyasında müzakirə ediləcək əsas
sənədlərdən biri “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi
haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaq.
Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavələrin və
dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.