Qərbi Azərbaycanda erməniləşdirilmiş toponimlər - Basarkeçər necə “Vardenis” olub?

Son 90 il ərzində indiki Ermənistan ərazisində yerləşən 266 türk toponim adı dəyişdirilərək erməniləşdirilib. 

Bizim.Media-ya açıqlama verən Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı toponimlərimizin erməniləşdirilməsinin tarixindən danışdı:

“Ermənilər regionda aborigen olmadıqları, gəlmə, yad olduqları üçün indiki Ermənistan ərazisindəki toponimlər də qondarmadır, tarixi-etnomədəni kökləri yoxdur. Bundan ötrü Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinin 1903-cü il tarixli xəritəsinə baxmaq kifayətdir.Yerli, aborigen əhali olan azərbaycanlıların Ermənistanda olan yaşayış yerlərinin adlarının dəyişdirilməsi bu sxem üzrə həyata keçirilib: xaricdən ermənilər gətirilib yerləşdiriliblər, böhranlı anlarda azərbaycanlıları sıxışdırıb çıxarıblar, daha sonra rəsmi qərarlarla toponimlər dəyişdirilib”.

Tarixçi alim bildirdi ki, yaşayış yerlərinin adlarının dəyişdirilməsi Ermənistanın rəsmi sovet hakimiyyət orqanlarının qərarları əsasında həyata keçirilib: 

“XX əsrin 30-cu illərinin əvvəllərində bu proses müvəqqəti olaraq dayandırılıb. Lakin 1935-ci ildə 29 rayonda azərbaycanlılara məxsus 72 yaşayış məntəqəsinin adı dəyişdirilib.
 

Bütövlükdə, 1930-1939-cu ildə 100-ə, 1940-cı ildə isə 30-a yaxın yaşayış yerinin adı Ermənistan SSR qanunverici orqanının qərarları ilə dəyişdirilib və erməniləşdirilib”. 


Musa Qasımlının sözlərinə görə, 1945-ci ildən sonra da bu proses davam edib: 

“1960-1969-cu illərdə azərbaycanlılara məxsus 70-dək yaşayış yerinin adı dəyişdirilib. Sonuncu belə qərar XX əsrin 90-cı illərində qəbul edilib.1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən azərbaycanlılara məxsus sonuncu 94 kəndin adı dəyişdirilib və Ermənistan erməniləşdirilib. Ermənilər bu faktları inkar edə bilməzlər, əmin olmaq üçün Ermənistanın qanunverici orqanının rəsmi sənədlərinə baxa bilərlər”.

Qeyd edək ki,  XIX əsrin sonlarında İrəvan Quberniyasında Sarvanlar, Arzu kənd, Sərdarabad, Güllücə, Daşvurun, Qazı-Qışlaq, Mehriban, Şirabad, Qəmərli, Kamallı, Molla-Göyçə, Yaqublu, Alagöz, Gözəl dərə, Qara xal, Xeyirbəyli, Əli Məmmədli, Baş Abaran kimi türk toponim adlarının olması tarixi sənədlərdə öz əksini tapıb. 
 

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bu məsələnin bir dəfəlik həllini istəyib. O, bildirib ki, indiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır.


“Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır”. 

Prezident bildirib ki, Ermənistan Basarkeçər rayonunun adını 1969-cu ilin iyun ayında dəyişdirərək ona “Vardenis” adı qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay


İlham Əliyev “Yerasx” kəndini də tarixi adı ilə adlandırıb: 

“Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada yaşayıblar”. 

Xatirə Nəsirli, Bizim.Media

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Ölüm adası”na ölümsüz səyahət - 80 ilin kabusu necə bitdi? – FOTO/VİDEO

“Ölüm adası”na ölümsüz səyahət - 80 ilin kabusu necə bitdi? – FOTO/VİDEO

Səfirlik: Azərbaycan artıq ABŞ-ın fiskal şəffaflıq tələblərinə cavab verir – FOTO

Səfirlik: Azərbaycan artıq ABŞ-ın fiskal şəffaflıq tələblərinə cavab verir – FOTO

Avqustda güclü külək yenidən qayıdır – Son 10 ilin statistikası nə deyir?

Avqustda güclü külək yenidən qayıdır – Son 10 ilin statistikası nə deyir?

Azərbaycan XİN Konqonu təbrik etdi – FOTO

Azərbaycan XİN Konqonu təbrik etdi – FOTO

Bakıda TIR aşdı: Dizel yola dağıldı - VİDEO

Bakıda TIR aşdı: Dizel yola dağıldı - VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

İspaniyada da güclü ZƏLZƏLƏ oldu - Evlərə və maşınlara ziyan dəydi

İspaniyada da güclü ZƏLZƏLƏ oldu - Evlərə və maşınlara ziyan dəydi

“28 May"dan "Dərnəgül"ə son səfər – VİDEO

“28 May"dan "Dərnəgül"ə son səfər – VİDEO

Bakıda mağazanın tavanı uçdu: Qadın dağıntı altında qaldı –VİDEO

Bakıda mağazanın tavanı uçdu: Qadın dağıntı altında qaldı –VİDEO

Xaçmazda DƏHŞƏT:Bir gündə iki ata oğlunu BIÇAQLADI - Özəl

Xaçmazda DƏHŞƏT:Bir gündə iki ata oğlunu BIÇAQLADI - Özəl

Ünsiyyətdən sonra tək qalmaq istəyi nəyi göstərə bilər? - Psixoloqlar izah edir

Ünsiyyətdən sonra tək qalmaq istəyi nəyi göstərə bilər? - Psixoloqlar izah edir

Hörmüzdə YENİ BÖHRAN – İran dünya iqtisadiyyatına zərbə vuracaq “silah”ı İŞƏ SALIR...

Hörmüzdə YENİ BÖHRAN – İran dünya iqtisadiyyatına zərbə vuracaq “silah”ı İŞƏ SALIR...

Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb

Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb

Nağd pulla almağa dəyər 13 işlənmiş avtomobil

Nağd pulla almağa dəyər 13 işlənmiş avtomobil

Həmin gün ən çox bu mahnını dinlədilər- Video

Həmin gün ən çox bu mahnını dinlədilər- Video

Küləkli havada dənizə girmək təhlükəlidir! – FHN-dən ÇAĞIRIŞ

Küləkli havada dənizə girmək təhlükəlidir! – FHN-dən ÇAĞIRIŞ

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Bir qaşıqla mədə yanmasını unudun— Bağırsaq sağlamlığı üçün sous resepti

Bir qaşıqla mədə yanmasını unudun— Bağırsaq sağlamlığı üçün sous resepti

Ekspres avtobuslar harada dayanır? -MƏKANLAR

Ekspres avtobuslar harada dayanır? -MƏKANLAR

“Brent” markalı neft BAHALAŞDI

“Brent” markalı neft BAHALAŞDI

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!- Bu gündən xətlər ayrılır

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!- Bu gündən xətlər ayrılır

Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

İndoneziyada 7,7 bal gücündə zəlzələ oldu -Ölənlər var - VİDEO

İndoneziyada 7,7 bal gücündə zəlzələ oldu -Ölənlər var - VİDEO

Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?

Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?

End of content

No more pages to load

RADİO