Qabrealyanovun “Peqov” maşını yeni təxribatlar hazırlayır - ŞƏRH  

Qarabağda başladılan əks hücum əməliyyatları Ermənistanın bir daha pərakəndə idarəçiliyini dünya arenasında gözlər önünə sərib.

Gedən proseslərdən də Ermənistanın bir hakimiyyət tərəfindən deyil, öz siyasi məqsədlərini güdən bir neçə insan tərəfindən idarə olunduğunu və bunların da sözlərinin bir – birinin “boğazından keçmədiyi” aydın görünür.

Xatırladaq ki, 1991-92 ci illərdə Azərbaycan hakimiyyətində də bu cür xaos hökm sürürdü, məhz Ermənistan və digər qara qüvvələr də bu boşluqdan istifadə edərək, Azərbaycan torpaqlarını işğal etmişdi.

Bumeranq bu dəfə Ermənistanın öz başında çatladı.

Paşinyan elə hakimiyyətinin ilk günlərindən siyası meydanda atını çapa bilmirdi. Müxtəlif mərkəzlər onu gah sağa, gah sola dartışdırırdı.

Buna Qarabağ klanını, qərb qüvvələri və baş nazirin həyat yoldaşı Anna Akopyanı birbaşa misal gətirmək olar.

Paşinyan hakimiyyətinin laxlamasında müxtəlif qüvvələr tərəfindən maliyələşən ictimai xadimlər və media nümayəndələrinin xüsusi rolunu da qeyd etmək lazımdır.

Bu yaxınlarda Rusiyada yaşayan media maqnat Aqam Qabrealyanov açıqlamasında xanım Akopyanın hərbi şura iclasında iştirak etdiyini və onlardan birində general Movses Hakobyanla insident yaşadığını söyləyib.

Bundan əlavə, Qabrelyanov qondarma Qarabağ prezidentinin mətbuat katibi Vaqram Poqosyanın Ermənistanın ikinci prezidenti Robert Köçəryanla bağlı sujetinə görə, jurnalist bloqer Semyon Peqovun Qarabağı tərk etməsini tələb etdiyini bildirdi.

Bəzi mənbələrdən verilən məlumatlara görə, Peqov məhz Qabrelyanov tərəfindən maliyyələşərək, hazırda Ermənistan hökumətinin əleyhinə çalışır. 

Düzdür, Semyon müharibənin ilk günlərində hakimiyyət ilə, əsasən qondarma separatçı rejimin “başçısı” Arayik Harutyunyanla əlbir olub, saxta məlumatları dünya mediasına ötürürdü.

Lakin hazırda Ermənistanın çökməsindən öz xeyrinə istifadə edən qüvvələr Peqovdan “marianetka” kimi istifadə edərək, onu istədikləri kimi siyasi meydanda “oynadırlar”.

Bəs, saxtakar jurnalist, dünyaya yalan məlumatlar yayan, qərəzli Peqovu bu tamaşada oynadan nədir? Sözsüz ki, Peqov kimi insanlar hər zaman sıyıq xəmir kimi hər tərəfə əyilə bilir.

Bu da ermənilərin işinə yarıyır.

Hazırki, Ermənistan hakimiyyəti ilə yola getməyən Aqam Qabrealyanov Peqovun əli ilə öz düşmənlərini “vurmağa” çalışır.

Peqov onsuz da oynamağa meyillidir, sadəcə, hazırda o, başqa tamaşada yer almaq üçün proqramlaşdırılıb.

Peqov isə öz sərsəm açıqlamaları ilə hər zaman gündəmi zəbt etməyi çalışsa da, çoxunun gözündə erməni “ata”dan pul qoparan, avara məktəb uşağını xatırladır.

Onun bu dəqiqə vəziyyəti “Ağa deyir sür dərəyə” məsəlinə dönüb.

Bir zamanlar erməni ordusunun qüdrətindən ağızdolusu danışan ermənilərin “sadiq jurnalisti” indi, demək olar ki, ordunu, höküməti “yıxıb-sürüyür”.

Peqov açılamalarının birində guya Şuşa alınan zaman ermənilərin, qorxub qaçmadıqları, normal müdafiə xəttinin olduğu təqdirdə, qalib olacağına şübhə etmədiyini bildirib.

Lakin bununla bərabər o, qondarma seperatçı respublikasının insanlarının çox “vətənpərvər” olduqlarını, “öz yurdlarına” görə yalın əllə vuruşduğunu da deyib.

Diğər açıqlamasında isə o, bir az da irəli gedərək, birbaşa təxribata çağırıb. 

“Mən düşünürəm ki, Qarabağ əhalisi partizan dəstələri yaratmağa başlayacaqlar''.

''Onu da qeyd etməliyəm ki, onlar Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, bunu etməyəcəklər''.

''Ancaq Azərbaycanın silahlı qüvvələrinin yerləşəcəyi ərazilərdə ciddi partizan müharibəsini proqnozlaşdırıram ”.

Burada iki məqam diqqətlərdən yayınmır. Məsələnin görünən tərəfi, Peqov bu vəziyyətdə bir növ bilərəkdən ermənilərə bu situasiyada nə edə biləcəklərini başa salaraq, onlara yol göstərir.

Digər müəmmalı tərəf isə bunun  kimin fikri olduğu maraqlandırır. Görünən Peqov bu barədə özü tək düşünməyib.

Buradan da aydın olur ki, bəzi qüvvələr Qarabağdakı məğlubiyyətlərini hələ də həzm edə bilmirlər.

Bundan da istifadə edib, öz xeyirlərinə hakimiyyətdə dəyişikliklər etmək fikrindədirlər.

Bununla birlikdə Peqov, Rusiya sülhməramlılarının və konkret prezident Putinin Qarabağ siyasətinin əleyhinə çıxmış olur... 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

End of content

No more pages to load

RADİO