Merkelin Moskva ziyarəti – Almaniya seçim qarşısında

Avqustun 20-də Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında görüş keçiriləcək. 2019-cu ilin dekabrından sonra ilk dəfə üz-üzə görüşəcək tərəflərin müzakirə edəcəyi mövzuların sayı isə heç də az deyil.

Belə ki, iki ölkə arasında son dönəmlər ABŞ-ın bütün etirazlarına rəğmən inkişaf edən enerji əməkdaşlığının danışıqların özəyini təşkil edəcəyini ehtimal etmək olar.

Xüsusilə də, “Şimal Dəhlizi 2” layihəsinin yaxın günlərdə fəaliyyətə başlayacağını nəzərə alsaq, Kanslerin ziyarətinin səbəbini də başa düşmək mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

Eldar Namazov: “Azərbaycan Ordusu Ermənistana 30 km daxil olmalıdır”  - XƏRİTƏ


Qeyd edək ki, Merkelin Şərqi Avropa səfəri yalnız Moskva ilə yekunlaşmayacaq. Kansler Rusiyadan sonra avqustun 22-də Ukraynaya gedəcək. Bu isə, hələ Putinlə görüş zamanı Ukraynadakı münaqişə zonaları ilə bağlı məsələlərin masaya yatırılacağı ehtimallarının səslənməsinə səbəb olub.

Diqqət çəkən digər məqam isə, Kanslerin Ağ Evdə maraqlarını qorumağa söz verdiyi Kiyevdən əvvəl Rusiyaya səfər etməsidir. 
 

Bu isə onu deməyə əsas verir ki, Krım və Donbas böhranlarında Kremlin yanaşması Almaniya üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Merkelin Ukraynada sərgiləyəcəyi mövqeyin də müəyyən ölçüdə Moskva görüşündən asılı olacağını ehtimal etmək olar.


Təbii ki, Almaniya liderinin Rusiyadan sonra Ukraynaya səfəri Putinə də agahdır. Bu səbəbdən də, Kreml rəhbərinin Merkel qarşısında Ukrayna ilə bağlı müzakirələrdə mövqeyini qəti şəkildə ortaya qoyacağını söyləyə bilərik. Rusiyanın sözügedən məsələdə tutumu isə hər kəsə məlumdur. Eyni zamanda Merkelin də sırf Ukrayna məsələsini əldə bayraq edərək Rusiya ilə əlaqələrinə zərbə vuracağını güman etmək yersizdir. 

Rusiya tərəfi üçün də Kanslerin səfərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləmək olar. Çünki bu ziyarət, ilk növbədə rəsmi Berlinin Moskva ilə dialoqda və əməkdaşlığın inkişafında maraqlı olduğunun göstəricisidir. 
 

İkinci önəmli nüans isə, Merkelin səfəri ilə Almaniya hökumətinin Ukrayna məsələsinə, eyni zamanda ABŞ-ın iqtisadi sanksiyalarına baxmayaraq Rusiyanın maraqlarına da böyük önəm verdiyinin sübuta yetirilməsidir.


Sadalanan səbəblərdən ötürü Putin-Merkel görüşünün əvvəlki sərtliyindən bir qədər uzaq formada keçəcəyini söyləyə bilərik. Lakin müzakirələrin nəticəsində Almaniyanın Ukrayna böhranında tutduğu mövqeyi Kremlin xeyrinə dəyişəcəyi və ya Vaşinqtonun istəyi ilə “Şimal Dəhlizi 2”-dən imtina edəcəyi inandırıcı görünmür.

Nəticə Kiyevdə elan olunacaq...

Ümumilikdə isə, görüşün müsbət məcrada keçməsi həm iki ölkə arasındakı vəziyyətin, həm də regionda davam edən gərgin situasiyanın necə inkişaf edəcəyi sualına böyük ölçüdə cavab verə bilməyəcək. Çünki Almaniyanın mövqeyi və Rusiyanın atacağı addımlar Kanslerin Ukrayna səfərindən sonra daha aydın şəkildə ortaya çıxacaq.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Hüseynov qardaşlarının anası ermənidir – FOTOFAKT

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Prezidentin Serbiyaya səfəri başa çatdı – FOTO

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Xərçəngdən müalicə alan Simonyanın SON FOTOSU

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

ABŞ-da 21 yaşlı ukraynalı qız və sevgilisi güllələndi – FOTO

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

“Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlandı

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

OpenClaw-un yaradıcısı ChatGPT-nin komandasına qoşuldu

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Xocalı şəhərinə daha 149 nəfər qayıtdı – FOTO

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Bakıda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə olundu – VİDEO

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Sosial müavinətlə bağlı RƏSMİ MƏLUMAT

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir - SƏBƏB

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində - FOTO

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rüstəm Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Kişi səhvən 7 lotereya bileti aldı - 300 min dollar uddu

Kişi səhvən 7 lotereya bileti aldı - 300 min dollar uddu

End of content

No more pages to load

RADİO