Ərdoğanın sözçüsü: Rusiya ilə danışıqlar davam edir

Türkiyənin Silahlı Qüvvələri müdafiə sahəsində çoxdan Azərbaycan tərəfi ilə fəal və sıx qarşılıqlı əlaqədədirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, Türkiyənin hərbi qulluqçuları Qarabağda olacaqlar.

“Yəni müəyyən mənada biz çoxdan Azərbaycandayıq. İndi Cənubi Qafqaza hərbi qulluqçuların göndərilməsi haqqında fərmanın layihəsi parlamentdən keçib".

"Bu o deməkdir ki, biz monitorinq mərkəzinin hissəsi kimi Qarabağda olacağıq", - Türkiyə liderinin mətbuat katibi deyib.

İbrahim Kalın diqqəti Qərbdəki müəyyən dairələrin Rusiya hərbçilərinin Dağlıq Qarabağa daxil olması ilə bağlı narahatlığına cəlb edib.

"Qarabağa Rusiya hərbçilərinin olmasına narahatlığını ifadə edənlər nədənsə Ermənistanda Rusiya hərbi bazasının mövcudluğunu susurlar".

"Əgər siz həqiqətən Qafqazdakı rus qoşunlarından narazısınızsa, onda Rusiya Federasiyasının hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edin. Amma sizin buna gücünüz yoxdur!", - Kalın deyib.

Türkiyə prezidentinin mətbuat katibi xatırladıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması haqqında razılaşma təşəbbüsü ilə çıxış edəndə rəsmi Ankara bu ideyanı dəstəkləyib, amma razılıq əldə edilməyib. Bu, Fransanın özünə də aiddir.

"Nə NATO, nə də Avropa Birliyi faktiki olaraq Qarabağ üzrə konkret və reallaşdırılan təkliflə çıxış etdi, halbuki Moskva və Ankara 30 illik münaqişənin nizama salınması üzrə qarşılıqlı anlaşmaya nail ola bildi", - Kalın deyib.

Onun sözlərinə görə, Rusiya ilə Qarabağ üzrə Monitorinq mərkəzinin fəaliyyəti üzrə danışıqlar davam edir.

"Dialoqun birinci mərhələsi qurtardı. Rusiya tərəfi Ankaranın mövqeyi haqqında məlumatlandırılıb.

İndi Rusiya nümayəndə heyətinin üzvləri Kremldən müvafiq təlimatları alacaqlar. Dialoqda Türkiyənin Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər.

Yaxın günlərdə mərkəzin yeri və iş prinsiplərini müəyyən ediləcək. Kimin nəyə məsul olması dəqiq müəyyənləşdiriləcək. Hər halda Türkiyə hərbi qulluqçuları Qarabağ üzrə mərkəzdə olacaqlar", - Kalın əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

Kürdəmirdəki heyvan bazarı açıldı - FOTO/VİDEO

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

"Qırmızı fırtına" yaxınlaşır: Həftə sonu üçün güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Neymardan AÇIQLAMA: Karyerasını başa vura bilər

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

Qəfil allergiyaya səbəb ola biləcək qidalar AÇIQLANDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Çörək sexində nöqsanlar AŞKARLANDI - FOTO

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Ən sağlam ət AÇIQLANDI: Mal və quzunu geridə qoydu

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Almaniya öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

Arif Babayevin XANIMI: “Onu unutmaq qeyri-mümkündür” - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

126 min manat ödədilər, nə ev var, nə də pul - VİDEO

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Argentinalı hücumçu “Barselona”da oynamaq İSTƏYİR

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Ali Məhkəmənin rüsumların ləğvi ilə bağlı qərarı absurddur” - Tramp

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

“Nə qədər düzgünsənsə, çevrən o qədər kiçikdir” - FOTO

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla İNSİDENT

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Narkotikə görə serialdan ÇIXARILDI

Narkotikə görə serialdan ÇIXARILDI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazanın üçüncü gününün iftar və imsak vaxtları - Günün DUASI

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Qurban Qurbanovun mətbuat konfransı və “Qarabağ”ın açıq məşqi Bakıda keçiriləcək

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Bakıda bina yandı, sakinlər təxliyə edildi - ANBAAN VİDEO

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Martda 17 gün iş olmayacaq - Maaşlar belə HESABLANACAQ

Badamdarda “Ford” YANDI - VİDEO

Badamdarda “Ford” YANDI - VİDEO

End of content

No more pages to load

RADİO