«Ən qısa müddətdə türk hərbçiləri Azərbaycandakı vəzifələrini icra edəcək. Quru qoşunlarımız işlərini tamamlayıb».
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
O, Qərbin bəzi siyasətçilərinin Azərbaycana qarşı münasibətinin doğru olmadığını söyləyib:
«Bəzi Qərb siyasətçilərinin Azərbaycana qarşı fikirləri, Ordusunu nəyisə dağıtmaqda günahlandırması həqiqətən böyük bir səhvdir» — deyə o qeyd edib
Bizim.Media