Azərbaycan Milli Məclisinin sədri İran Prezidenti ilə görüşdü

İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Milli Məclisin sədri və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident Seyid İbrahim Rəisi onun andiçmə mərasimində iştirak etdiyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.

O, Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. İran Prezidenti Azərbaycan xalqına firavanlıq və xoş günlər arzulayıb.

Milli Məclisin sədri Prezident İlham Əliyevin salamlarını və təbriklərini İran Prezidentinə çatdırıb.

Spiker bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranla əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib və gələcəkdə də bu əlaqələri dərinləşdirmək niyyətindədir.

Sahibə Qafarova qeyd edib ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız xalqlarımızın ümumi mənafelərinə xidmət edir:

“Parlamentlər səviyyəsində də əməkdaşlığımız dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində önəmli rol oynayır. Bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının üzərinə böyük vəzifələr düşür. Hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan fikir mübadiləsi əlaqələrimizin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir”.

Sahibə Qafarova diqqətə çatdırıb ki, iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafında Azərbaycanla İran arasında mövcud olan Dövlətlərarası Müştərək Komissiya uğurla fəaliyyət göstərir.

İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevin təbriklərinə görə minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya və Britaniya avropalıları Rusiyanın mümkün hücumuna hazırlaşmağa ÇAĞIRDI

Almaniya və Britaniya avropalıları Rusiyanın mümkün hücumuna hazırlaşmağa ÇAĞIRDI

Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor TƏYİN OLUNDU

Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor TƏYİN OLUNDU

“Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm"

“Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm"

"Tottenhem"in məşqçisinin klubdakı fəaliyyəti 33 gün ÇƏKDİ

"Tottenhem"in məşqçisinin klubdakı fəaliyyəti 33 gün ÇƏKDİ

Yas mərasimləri ilə bağlı YENİ XƏBƏR - RƏSMİ

Yas mərasimləri ilə bağlı YENİ XƏBƏR - RƏSMİ

Rubio: “Beynəlxalq ictimaiyyətin bir hissəsi Ukrayna münaqişəsini dayandırmaq cəhdlərini tənqid edir”

Rubio: “Beynəlxalq ictimaiyyətin bir hissəsi Ukrayna münaqişəsini dayandırmaq cəhdlərini tənqid edir”

Gəncədə AĞIR QƏZA - Xəsarət alanlar var

Gəncədə AĞIR QƏZA - Xəsarət alanlar var

Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak etdi - FOTO

Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak etdi - FOTO

PSJ ÇL matçına itkilərlə çıxacaq

PSJ ÇL matçına itkilərlə çıxacaq

Putin Sobyanini Hərbi-Sənaye Komissiyasının kollegiyasının tərkibinə DAXİL ETDİ

Putin Sobyanini Hərbi-Sənaye Komissiyasının kollegiyasının tərkibinə DAXİL ETDİ

Beş bürc üçün bu həftə ilin ƏN ŞANSLI həftəsi olacaq

Beş bürc üçün bu həftə ilin ƏN ŞANSLI həftəsi olacaq

Sabah ilin ilk Günəş tutulması OLACAQ

Sabah ilin ilk Günəş tutulması OLACAQ

Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi yollarında sıxlıq var

Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi yollarında sıxlıq var

Baş məşqçi bu hərəkətinə görə tənqid olundu - VİDEO

Baş məşqçi bu hərəkətinə görə tənqid olundu - VİDEO

"X" platformasının işində PROBLEM YAŞANIR

"X" platformasının işində PROBLEM YAŞANIR

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın rəhbərlik etdiyi nümayəndə heyəti ADNSU-da - FOTO

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın rəhbərlik etdiyi nümayəndə heyəti ADNSU-da - FOTO

“Heç-heçə ədalətli nəticədir“ - Kurban Berdıyev

“Heç-heçə ədalətli nəticədir“ - Kurban Berdıyev

38 min manat borca görə maşınlarına həbs qoyuldu – FOTO

38 min manat borca görə maşınlarına həbs qoyuldu – FOTO

Bakıda və Abşeronda toz fırtınası gözlənilir? – Rəsmi AÇIQLAMA

Bakıda və Abşeronda toz fırtınası gözlənilir? – Rəsmi AÇIQLAMA

“Şamaxı” “Turan Tovuz” oyunu QOLSUZ BİTDİ

“Şamaxı” “Turan Tovuz” oyunu QOLSUZ BİTDİ

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti SEÇİLDİ - FOTO

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti SEÇİLDİ - FOTO

Cəlilabadda 52 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib – TƏFƏRRÜAT - VİDEO

Cəlilabadda 52 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib – TƏFƏRRÜAT - VİDEO

Ötən ay bu qədər mənzilə “kupça” verilib

Ötən ay bu qədər mənzilə “kupça” verilib

Qəhvəyi mərmər bağacığı təhlükəsi ilə bağlı fermerlərə ÇAĞIRIŞ – FOTO

Qəhvəyi mərmər bağacığı təhlükəsi ilə bağlı fermerlərə ÇAĞIRIŞ – FOTO

End of content

No more pages to load

RADİO