“Müharibənin ilk günündən Fransa Ermənistanı dəstəkləməklə məşğuldur. Sentyabrın 27-də Vətən müharibəsi başladı, ayın 30-da Fransa cəfəng fikirlərlə çıxış etdi ki, bizim Ordunun tərkibində muzdlular var.
''Ancaq bunu sübut etmədilər və bu fikirlərini geri götürdülər”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.
Onun sözlərinə görə, Parisin meri Fransa Konstitusiyasına tamamilə zidd olan sənəd qəbul etdirib:
“Bu sənədin qəbul olunması zamanı 50-ə yaxın nümayəndə bunun qeyri-qanuni olduğunu bildirərək, zalı tərk edir. Ancaq bu sənəd qəbul edilir”.
Deputat Fransa senatının təqdim etdiyi qətnaməyə də toxunaraq, deyib ki, bu, azərbaycanlılara və türklərə qarşı yönəlib:
“Azərbaycan hökuməti Fransa ilə münasibətlərini yenidən təhlil etməlidir. Bu cür fikirlər ölkələr arasında münasibətlərə ciddi təsir edəcək”.
Bizim.Media