Fransalı deputardan Qarabağ üçün həmkarlarına ETİRAZ

Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair çağırış Fransa tərəfindən qəbul edilmiş beynəlxalq və ikitərəfli öhdəliklərə ziddir və buna görə də beynəlxalq hüquqa hörmətlə yanaşanlar tərəfindən qəbul edilə bilməz.

Fransa üzərinə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı öhdəlik götürüb və hər hansı yeni diplomatik mövqe Dnestryanı (Moldova) və ya Şimali Osetiya (Gürcüstan) kimi bir çox separatçı ərazilərin tanınmasına yol açaraq, ölkəmizin beynəlxalq öhdəliklərinə yenidən dönüşünü doğurur.

Bizim.Media xəbər verir ki, bu fikirlər fransız deputat Jerom Lamberin Sosialist Partiyasından olan həmkarlarının Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz olaraq ünvanladığı məktubda yer alıb.

Məktubda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabağla bağlı məcburi kompasımız olaraq qalmalıdır. Üstəlik bu, son onilliklər boyunca fransız diplomatiyasının dəyişməz mövqeyi olub.

Fransa Sosialist Partiyasının Milli Bürosunda Dağlıq Qarabağda vəziyyətlə bağlı mətnə etiraz edən Jerom Lamber fransız siyasətçilərini bir qrup ifratçı erməninin diktəsi ilə oturub-durmamağa, hər hansı bir qərara qəbul edərkən diqqətli olmağa və onun nəticələri haqqında düşünməyə səsləyib.

O, eyni zamanda, həmkarlarının Dağlıq Qarabağla bağlı səsləndirikləri fikirlərin Fransanın qəbul etdiyi beynəlxalq və ikitərəfli öhdəliklərə tamamilə zidd olduğunu, eləcə də beynəlxalq hüququn bir neçə prinsipini, xüsusilə sərhədlərin toxunulmazlığı prinsipini pozduğunu diqqətə çatdırıb.

Fransız deputat xatırladıb ki, BMT Dağlıq Qarabağ, eləcə də Ermənistanın 1993-cü ildən işğal etdiyi digər ərazilər də daxil olmaqla, bütün bu torpaqlar üzərində Azərbaycan Respublikasının suverenliyini tanıyıb.

Jerom Lamber 1993-cü ilin dekabrında Fransa və Azərbaycan arasında imzalanmış dostluq, anlaşma və əməkdaşlıq müqaviləsinin məğzini də xatırladaraq, bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabağla bağlı məcburi kompas olaraq qalmalıdır.

O, həmçinin diqqətə çatdırıb ki, Fransa beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə əməl etməli və hətta nüfuzlu erməni mənşəli fransız icmasının təzyiqləri altında olsa da, medianı təhdid etməməli, müvafiq qurumlara, eləcə də seçilmiş məmurlara təzyiq göstərməməlidir.

“Ailə üzvlərimə ölüm hədələri də daxil olmaqla, minlərlə təhqir və təhdid mesajları alıram".

"Bütün bu təhqir və hədələr mənə Fransa diplomatiyasının mövqeyini xatırlatmaqdan çəkindirmək üçün ünvanlanır”, - deyə J. Lamber yazıb. Vurğulayıb ki, bəzilərinin seçki dairələrində erməni icması ilə əlaqələrini bilsək də, Sosialist Partiyası beynəlxalq hüquqa məhəl qoymadan daim millətçi çıxışlar edən ermənilər tərəfindən ələ keçirilməməlidir.

“Dünyanın bu bölgəsində və digər bölgələrində Fransanın layiqli diplomatik mövqe tutmasını istəyiriksə, əslində çox ifratçı erməni qrupunun diktə etdiyi nöqteyi-nəzərləri qəbul etməməli və buna diqqət yetirməliyik. Əgər atəşkəs istəmiriksə, onun yerinə nə istəyirik?! Əbədi müharibəmi?”, - deyə J. Lamber həmkarlarına səslənib və onları beynəlxalq hüquq çərçivəsində regiondakı insanlar üçün sülh və firavanlığı təmin etməyə çağırıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ebru Gündeş əməliyyatdan sonra - tanımaq olmur - FOTO

Ebru Gündeş əməliyyatdan sonra - tanımaq olmur - FOTO

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Suyunuz kəsiləcək!

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Suyunuz kəsiləcək!

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq"... - FOTO

"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq"... - FOTO

Kür çayı daşdı, əkin sahələrini su basdı - FOTO

Kür çayı daşdı, əkin sahələrini su basdı - FOTO

Misir Mərdanovun qohumuna qarşı 400 min manatlıq dələduzluq edən İFADƏ VERDİ

Misir Mərdanovun qohumuna qarşı 400 min manatlıq dələduzluq edən İFADƏ VERDİ

“Neftçi” bəyanat yayaraq tələblər irəli sürdü

“Neftçi” bəyanat yayaraq tələblər irəli sürdü

İsrail məni heç vaxt İranla müharibəyə sövq etməyib...

İsrail məni heç vaxt İranla müharibəyə sövq etməyib...

Vüsal İsgəndərli qol vursa da, komandası uduzdu

Vüsal İsgəndərli qol vursa da, komandası uduzdu

İndoneziya dizel idxal etməyəcək

İndoneziya dizel idxal etməyəcək

“Orada bildim ki, hamilədir, günahkar qonşudur” -15 yaşlı qızın anası -VİDEO

“Orada bildim ki, hamilədir, günahkar qonşudur” -15 yaşlı qızın anası -VİDEO

Krediti olan vəfat edərsə borcunu bu şəxslər ödəyəcək - VİDEO

Krediti olan vəfat edərsə borcunu bu şəxslər ödəyəcək - VİDEO

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırdı

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırdı

General-polkovnik Kərim Vəliyev Talat Canbolatla hərbi təhsili müzakirə etdi - FOTO

General-polkovnik Kərim Vəliyev Talat Canbolatla hərbi təhsili müzakirə etdi - FOTO

Bakıda təhlükə - SAKİNLƏR QORXUDAN KÖÇÜB

Bakıda təhlükə - SAKİNLƏR QORXUDAN KÖÇÜB

Hörmüzdən qaçış: Neft nəhəngləri 120 milyardlıq yeni yataqlar tapdı

Hörmüzdən qaçış: Neft nəhəngləri 120 milyardlıq yeni yataqlar tapdı

Macarıstan XİN-ə Orban rəhbərlik edəcək - FOTO

Macarıstan XİN-ə Orban rəhbərlik edəcək - FOTO

Yağıntılı havalar NƏ VAXTADƏK davam edəcək? - RƏSMİ

Yağıntılı havalar NƏ VAXTADƏK davam edəcək? - RƏSMİ

Çardağı təmir etmək istədi, hündürlükdən yıxıldı - Samuxda bədbəxt hadisə

Çardağı təmir etmək istədi, hündürlükdən yıxıldı - Samuxda bədbəxt hadisə

Trampdan İslamabadda başlayacaq danışıqlar barədə AÇIQLAMA: Axşam İMZALANACAQ

Trampdan İslamabadda başlayacaq danışıqlar barədə AÇIQLAMA: Axşam İMZALANACAQ

Qubada QƏZA: Avtomobil ağaca çırpıldı

Qubada QƏZA: Avtomobil ağaca çırpıldı

Milli Məclis İKİ ÖLKƏNİN qərəzli sənədlərini kəskin QINADI

Milli Məclis İKİ ÖLKƏNİN qərəzli sənədlərini kəskin QINADI

Şəkidə şəhidin şərəfinə güləş turniri keçirilib - FOTO

Şəkidə şəhidin şərəfinə güləş turniri keçirilib - FOTO

İmişli sakini faciəvi şəkildə dünyasını dəyişib

İmişli sakini faciəvi şəkildə dünyasını dəyişib

End of content

No more pages to load

RADİO