Xudavəngə ziyarət dayandırılıb – Erməni zəvvarların arasında KİMLƏR VAR? 

Paşinyan və digər erməni rəsmilər son günlər bar-bar bağırır ki, ermənilərin Kəlbəcərdəki Xudavəng monastrını ziyarət etməsinə Bakı icazə vermir. Azərbaycan Xudavəngi ziyarət üçün ermənilərə niyə icazə verməlidir? Axı onlar zəvvar adı ilə müxtəlif təxribatlar törədə bilərlər. Elə Siracla Məhərrəmin Kəlbəcərin Susuzluq kəndində basdırılan minaya düşərək şəhid olması da buna örnəkdir. 

Ermənilərin bir çox terror təşkilatlarının kilsə nəzdində yaradıldığını deyən tarixçilər də az deyil. Müasir sübut kimi, savaş zamanı əlinə “kalaşnikov” götürən keşişi göstərmək olar. 

“Azərbaycan son zamanlara qədər Kəlbəcərdəki Xudavəng monastrını ziyarət üçün Ermənistana heç bir maneə yaratmırdı” deyən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, “lakin Kəlbəcərdə baş verən son hadisələr, həm Azərbaycan silahlı qüvvələrinin mövqelərinə mina basdırmaq cəhdləri, həm iki nəfər azərbaycanlı jurnalistin Kəlbəcər ərazisində minaya düşməsi, həm də Ermənistan tərəfindən mütəmadi olaraq həmin istiqamətdə atəşkəsin pozulması bu səyahətlərin müəyyən qədər məhdudlaşdırılmasına gətirib çıxardı”
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın sülh danışığı təklifinin GİZLİ MƏQAMLARI


Bizim.Media-nın sualına cavabın digər hissəsində hərbi ekspert Ədalət Verdiyev əlavə etdi ki, erməni zəvvarların ora getməsi həm də onların öz sağlamlıq və təhlükəsizliyinə zəmanət vermir:

“Yəni, bu səfərlər erməni zəvvarlar üçün də təhlükəli ola bilər. Bu baxımdan səyahətlərin məhdudlaşdırılması normal haldır. Digər tərəfdən isə biz erməni kilsəsinin müharibə zamanı azərbaycanlılara qarşı həm döyüşdüyünü, həm də mina basdırılma fəaliyyətlərində aktiv oluğuna dair kifayət qədər geniş məlumatlara malikik. Bütün bunları nəzərə alsaq, ermənilər Xudavəngə gəlməsələr də, olar. Onlar üçün başqa kilsələr var, hansı ki, Ağdərə ərazisində yerləşir. Həmin kilsələri ziyarət edə bilərlər, Ermənistan ərazisindəki kilsələrə getsinlər. 

Əgər dünyanın hansısa bir ölkəsində alban məbədi varsa, erməni ora həmin ölkə rəhbərliyinin razılığı olmadan gedə bilirmi? Xeyr! Kəlbəcərdəki monastra da giriş-çıxış təhlükəsizlik baxımından qapadılıb.


Düşünürəm ki, gediş-gəlişin açılmasına da ciddi ehtiyac yoxdur. Ermənistanla Azərbaycan arasında daha vacib problemlər var: sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, Azərbacanın erməni işğalında qalan Qazaxın kəndləri, Naxçıvanın Kərki kəndi. Diqqəti bunlara yönəltməliyik, kilsə, məbəd və s. sonuncu dərəcəli fəaliyyətlərdir. Hansısa ölkə bundan narahat olursa, öz ərazisində kilsə də, məbəd də tiksin və erməniləri dəvət eləsinlər. Mina basdıran, əlində silah tutan erməni keşişlərinin Azərbaycan ərazisini ziyarət etməsi məsləhət deyil”.

Sonda qeyd edək ki, bəzi İrəvan KİV-i Kəlbəcərə son erməni zəvvar səyahətinin mayın 2-də baş tutduğu iddiasındadır.
 

Bundan sonra erməni keşişlərin də Xudavəng ziyarətləri qismən məhdudlaşdırılıb. Yəni, zəvvarlara girişi bağlı olan Xudavəngin qapıları çətinliklə də olsa, bəzi erməni keşişlərinə açıq olub.


Ermənilərin kilsə ziyarətini bazar günləri reallaşdırdıqlarını bilmişkən, ehtimal etmək olar ki, mayın 30-da da Xudavəngə hansısa erməni keşiş yollanıb. 5 gün sonra, iyunun 4-də isə azərbaycanlı jurnalistlər Kəlbəcərin Susuzluq kəndində yeni basdırılan minaya düşüblər. 

Məlumat üçün bildirək ki, Xudavəng monastrının yerləşdiyi Vəng kəndi ilə azərbaycanlı jurnalistlərin minaya düşdüyü Susuzluq arasında cəmi 3-4 kənd məsafə var. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

End of content

No more pages to load

RADİO