“Ya, bizə təzminat ödəyəcəklər, ya da...” – İlham Əliyevdən sərt BƏYANAT

"Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət bundan əvvəl mənim göstərişimlə xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlət başçısı bildirib ki, son beş il ərzində təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq, biz daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış oluruq və eyni zamanda, ixrac imkanlarımız da yaranacaq. Çünki bu gün dağ-mədən sənayemizin inkişafı bu yolla getməlidir.

Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivinin olduğunu bildirən Prezident İlham Əliyev deyib:

“Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya, bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır.

Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi

“Neftçi” növbəti transferini etdi

“Neftçi” növbəti transferini etdi

Britaniyada siyasi gərginlik: 100-dən çox deputat Kir Starmerin istifasını tələb edir

Britaniyada siyasi gərginlik: 100-dən çox deputat Kir Starmerin istifasını tələb edir

"Hizbullah" gecə saatlarında irəliləyən İsrail hərbçilərini vurdu

"Hizbullah" gecə saatlarında irəliləyən İsrail hərbçilərini vurdu

Sorğu: Trampın İran siyasəti bəyənilmir!

Sorğu: Trampın İran siyasəti bəyənilmir!

İran ABŞ-ni danışıqları dayandırmaqla HƏDƏLƏDİ

İran ABŞ-ni danışıqları dayandırmaqla HƏDƏLƏDİ

Gözlənilməz an: Aygün Kazımova belə reaksiya verdi - VİDEO

Gözlənilməz an: Aygün Kazımova belə reaksiya verdi - VİDEO

Moskvada benzin sürətlə BAHALAŞIR

Moskvada benzin sürətlə BAHALAŞIR

Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı AÇIQLANDI

Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı AÇIQLANDI

Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ

Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ

Hərbi İnstitutda möhtəşəm buraxılış: Gənc zabitlər diplomlarını Vilayət Eyvazovdan aldılar - FOTO - VİDEO

Hərbi İnstitutda möhtəşəm buraxılış: Gənc zabitlər diplomlarını Vilayət Eyvazovdan aldılar - FOTO - VİDEO

Həftəsonu çimərliyə getmək istəyənlər üçün PROQNOZ

Həftəsonu çimərliyə getmək istəyənlər üçün PROQNOZ

Zaqatalada kişi hovuzu təmir edərkən yandı

Zaqatalada kişi hovuzu təmir edərkən yandı

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

İyulun əvvəlində Günəş “görünməz” olacaq

İyulun əvvəlində Günəş “görünməz” olacaq

Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

End of content

No more pages to load

RADİO