Bu il avqustun 30-da Ermənistan Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib və sentyabrın 6-da gecə Ermənistana qayıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar:
“Biz müsbət cavab aldıq. Bu faktı regionda kommunikasiya blokadalarının açılması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad atmosferinin formalaşması istiqamətində praktik bir addım kimi qiymətləndiririk”, - o əlavə edib.
Bizim.Media