ABŞ sülh, Avropa müharibə istəyir – Zelenski hansı yolu SEÇƏCƏK?

Sentyabrın 4-də Ukrayna prezidenti Volodimir Zelenski Fransaya gedib. O, istəklilər koalisiyasına” daxil olan Avropa ölkələrinin liderləri ilə görüşüb.

Görüşdə əsas müzakirə mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları və onun gələcək dəstəyi ilə bağlı məsələlər olub.

Almaniya kansleri Fridrix Merts qeyd edib ki, Ukrayna üçün “ən mühüm təhlükəsizlik zəmanəti” onun ordusuna kifayət qədər dəstək verməkdir. “İstəklilər koalisiyası” Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirmək niyyətindədir. 

Qərb sülh, yoxsa müharibə istəyir?

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsində sülh danışıqları üçün bütün təşəbbüsləri ABŞ öz üzərinə götürmək istəyir. Lakin Avropanın aparıcı dövlətləri də boş dayanmaq istəmir. Təsadüfi deyil ki, bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron müharibənin başa çatmasının Avropanın iştirakı ilə dördtərəfli görüşdə müzakirə olunmasını təklif etmişdi.

Fransa prezidenti vurğulayıb ki, Ukraynaya güclü ordu və Avropanın öhdəliklərini əhatə edəcək təhlükəsizlik zəmanətləri lazımdır:

“Biz təhlükəsizlik zəmanətlərindən danışanda, bütün Avropa qitəsinin təhlükəsizliyindən danışırıq. Məhz buna görə də biz burada Ukrayna ilə birlikdəyik”.

Qərbin bu cür canfəşanlığı təsadüfi deyil. Çünki Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu deyir. Maraqlıdır ki, son vaxtlara qədər Zelenskini qeyri-legitim prezident kimi tanıyan rəsmi Moskva indi onunla danışıqlar masasına oturmağa hazır olduğunu açıqlayır. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Çində ŞƏT çərçivəsində tədbirdə çıxış edərkən bildirib ki, “Zelenski ilə görüş ehtimalını heç vaxt istisna etməyib”.

Putin Ukrayna liderini görüşə hazır olduğu təqdirdə, Moskvaya dəvət edib.

Qəribədir ki, bu çağırışa ilk etiraz okeanın o tayından gəlib. Tramp Putin və Zelenskinin hələ görüşə hazır olmadığını, lakin danışıqlarda israrlı olacağını bildirib:

"Mən bu barədə Putin və Zelenski ilə danışmışam. Lakin onlar hələ hazır deyillər".

Zelenski isə Trampın bəyanatından sonra Putinin fikirlərinə münasibət bildirib. O, Fransa prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Putin görüşün baş tutmasını istəmədiyi üçün, onu Moskvaya dəvət edib. O qeyd edib ki, hazırda Rusiya tərəfindən bu müharibəni dayandırmaq istəyi görmür:

“Rusiya görüş barədə danışmağa başlayıb – bu, pis deyil. Amma hələ ki, onların müharibəni bitirmək istəyi görünmür. Yetkin liderlər belə səviyyəli görüşdən müəyyən nəticə ilə, arzuolunan halda isə müharibənin başa çatdırılması ilə çıxmalıdırlar”.

Səslənən bəyanatlar kimin hansı mövqedə dayandığını göstərir.

Trampın bəyənatları “ABŞ müharibənin sonlanmasını istəyir” kimi bir fon yaradır. Nəzərə alaq ki, Vaşinqton istənilən sülh sazişində iki istəyinin reallaşmasını arzulayır. Bunun birinci odur ki, sülh sazişi Trampın patronajlığı ilə imzalansın.

İkinci tələbsə odur ki, sülh sazişinin imzalanacağı günə qədər Rusiya və Ukrayna ABŞ-ın bütün tələblərini icra etsin.

Bu iki istəksə o deməkdir ki, sülh sazişi qeyri-müəyyən vaxta qədər ertələnir.

Avropanın aparıcı dövlətləri də müharibənin bitməsini istəmir. Hazırda Avropa liderləri Parisdə olan Zelenski ilə yeni silahlanma barədə danışıqlar aparır. Çünki bu münaqişədən Qərb hələ öz istədiklərini tam ala bilməyib. Ona görə də münaqişənin uzanması Qərb üçün daha maraqlıdır.

Rusiya sülh istəyir?

Son bəyanatlar göstərir ki, Rusiya sərfəli şərtlərlə müharibəni bitirmək istəyir. Bunun üçün işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarmağa hazırdır. Çünki müharibə Rusiyanı hər ötən gün daha da zəiflədir. Üstəlik, Rusiya tədricən beynəlxalq oyunçu statusunu itirir.

Zelenski danışıqlara hazır deyil.

Əslində səslənən bəyanatlarda heç bir tərəf nə Ukraynanın maraqlarını, nə də ki, Zelenskinin fikirlərini nəzərə alır. Hər 3 tərəf Zelenskiyə öz istəklərini diqtə edir. Ukrayna lideri də bu təzyiqlərin qarşısında çaşıb qalıb. Kimin nə qədər səmimi olduğunu ayırd edə bilməyən Zelenski məcburi şəkildə Avropaya sığınır. Avropa isə Ukraynanı sonu görünməyən müharibəyə təşviq edir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

Bölgələrdə hava necədir?

Bölgələrdə hava necədir?

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Körpə süddən digər qidalara keçəndə immun sistemində hansı dəyişikliklər baş verir?

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

Putin Pezeşkiana mesaj yolladı: "İranın yanındayıq!"

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Professor Lalə Əlizadə VƏFAT EDİB

Professor Lalə Əlizadə VƏFAT EDİB

End of content

No more pages to load

RADİO