Yeni Kaledoniya ilə bağlı üç saziş: Dekolonizasiya prosesinin təxirə salınması üçün Fransanın bəhanələri - FOTO/VİDEO

Fransa dekolonizyasiya ilə bağlı indiyə qədər imzalanmış üç sazişdən bu prosesi təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupundan bildirilib.

Bildirilib ki, rəsmi Parisin bu addımları neokolonial siyasət kimi qiymətləndirilir.

Qeyd edək ki, Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən 40%-ni təşkil edən yerli Kanaklar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparır.

BTQ-dən xatırladıblar ki, Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öz təzahürünü tapıb:

"Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və Kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub".

Fransanın kolonial siyasətinə qarşı uzun illər davam edən Kanak müqavimətindən sonra 1988-ci ildə Matinyon sazişi imzalanıb. Matinyon sazişi dekolonizasiyaya deyil, kolonial nəzarəti möhkəmləndirməyə xidmət etmiş oldu.


Saziş 10 il sonra referendumunun keçirilməsini vəd edirdi. Lakin Fransa bu müddəti sonradan məskunlaşan fransızların gücünü möhkəmləndirmək üçün istifadə etdi. Metropoliyadan (materik Fransa) köçü təşviq etməklə və xüsusilə nikel sənayesi üzərində iqtisadi nəzarəti artırmaqla Kanak xalqının sayını tədricən azalmasına ciddi təsir göstərdi. Vəd edilən referendum isə heç vaxt keçirilmədi və onun əvəzinə Numea sazişi imzalandı.

Saziş 1998-ci ildə imzalanıb. O, 2018–2022-ci illər arasında üç müstəqillik referendumu nəzərdə tutaraq Yeni Kaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdim olunurdu. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsir göstərdi.

Seçki şərtləri, xüsusilə seçici siyahılarının genişləndirilməsi, sonradan məskunlaşan fransızlara səs vermə hüququ verməklə Kanakların təsirini zəiflətdi.

Ən böyük etirazlar 2021-ci ildə COVID-19-un kanak icmasına dağıdıcı təsiri ilə başladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarına baxmayaraq Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotu ilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmağı seçdi.


Lakin bu nəticə yerli kanak xalqı tərəfindən qeyri-legitim hesab olundu. Beləliklə, dekolonizasiya adı altında təqdim olunan Numea sazişi əslində demokratik prosesi manipulyasiya etmək və kolonial status-kvonu saxlamaq üçün alətə çevrildi.

2025-ci il iyulun 12-də Bujival sazişi imzalandı. BTQ-də hesab edirlər ki, bu əslində dekolonizasiya istiqamətində atılan addım yox, neokolonial siyasətdir.

Bujival sazişi Fransanın müstəmləkəçi strategiyasının növbəti mərhələsini təşkil edir. Fransa dekolonizasiya prosesini başlatmaq əvəzinə, uydurulmuş Yeni Kaledoniya dövləti modelini irəli sürüb.

Beləliklə seçici sayını daha da genişləndirərək Kanakların seçki gücünü azaldır. Bu layihə Yeni Kaledoniyanı Fransanın tərkibində saxlamaq və Kanakları öz vətənlərində sayca azlıq təşkil etmək cəhdi kimi dəyərləndirilir. Yeni Kaledoniyanın ən böyük müstəqillik tərəfdarı koalisiyası olan FLNKS-in hökuməti dialoqa çağırmasına baxmayaraq, Fransa dəvətə məhəl qoymur.


BTQ-də qeyd edib ki, üç sazişi müqayisə edərkən aydın bir sxem görünür.

Hər üç saziş Fransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə olunub. Fransa BMT tərəfindən tanınmış dekolonizasiya hüququnu görməzdən gəlir. FLNKS ilə danışıqlardan yayınır. Bu isə neokolonial siyasət kimi qiymətləndirilir. (mənbə: Report.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

End of content

No more pages to load

RADİO