Yüz illərdir davam edən NİFRƏT - Hindistanın anti-Azərbaycan siyasətinin TARİXİ KÖKLƏRİ

Xəbər verdiyimiz kimi Hindistan Azərbaycanı ŞƏT-ə tamhüquqlu üzv olmasına mane olub.

Nəzərə alaq ki, Hindistanın prosesi əngəlləməsi çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay ruhu”na ziddir. Çünki təşkilatın əsas prinsiplərinə görə, ikitərəfli mübahisələr çoxtərəfli platformalara daşınmamalıdır. 

İlkin ehtimala görə, Hindistanın rəsmi Bakıya qarşı qərəzli mövqeyi birbaşa olaraq Azərbaycanın Pakistanla qardaşlıq münasibətləri ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Əhəmiyyətsiz QİSAS CƏHDİ – Hindistanın ŞƏT-ə üzvlüyümüzə blok qoymasının PƏRDƏARXASI


Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə deyib ki, Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır.

Hindistanın qisasa çalışmasının Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan prezident qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Nəzərə alaq ki, Pakistan da anoloji addım atıb və Ermənistanın ŞƏT-ə üzv olmasına veto qoyub.

Modinin anti-Türk siyasəti

Hindistanla Azərbaycan arasında iqtisadi və mədəni müstəvidə heç bir problem yaşanmır. İki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr mövcuddur. Mədəni əlaqələr sahəsində də münasibətlər qaydasında gedir. Təsadüfi deyil ki, Azərbaycana gələn turistlərin sayına görə hindlilər ilk üçlüyə daxildir.

Ancaq siyasi müstəvidə münasibətlər heç də arzuolunan səviyyədə deyil. Rəsmi Dehli son illərdə bir qayda olaraq anti-Azərbaycan, anti-Türk və anti-İslam siyasəti yürüdür. Bu siyasətin başında isə Hindistanın baş naziri Narendra Modi dayanır.

Qeyd edək ki, Modi ultra-millətçidir. Onun rəhbərlik etdiyi Milli Demokratik Alyans da bir qayda olaraq şovinist çıxışları ilə tanınır. Məhz bu siyasət hesabına Modi üçüncü dəfədir ki, baş nazir seçilir. Onun hədəfi daha uzun müddət siyasi hakimiyyətdə qalmaqdır. Bunun üçün o şovinist siyasətini davam etdirir.

Modi üçün Türklərin düşməni Hindistanın dostudur.

Fikrimizin sübutu üçün qeyd edək ki, həm 44 günlük müharibədə, həm də ondan sonrakı dövrdə Hindistan hər zaman Ermənistanın yanında oldu. Bu gün də həmin siyasət yürüdülür. Bir tərəfdən Ermənistan silahlandırılır, digər tərəfdən rəsmi İrəvan Azərbaycana qarşı yeni münaqişələrə təşviq edilir.

Təsadüfi deyil ki, Paşinyanın adından söylənilən “Dünyanın kəsişmə nöqtəsi” layihəsinin gizli müəlliflərindən biri də Hindistandır. Rəsmi Dehli istəmir ki, Zəngəzur dəhlizi bərpa olunsun və Türk dövlətləri arasında quru əlaqələri qurulsun.

Nifrətin tarixi kökləri

Qeyd edək ki, indiki Hindistan ərazisi uzun illər türklərin idarəçiliyində olub. XVIII əsrin ortalarına qədər Hindistan torpaqlarına Moğollar nəzarət edib. Həmin dövrdə Hindistanın maddi-mədəni tarixində türk tayfaları dərin iz buraxıb.

Təkcə Tac-Mahalı xatırlamaq kifayətdir. Dünyanın yeddi möcüzəsindən biri hesab olunan unikal memarlıq nümunəsi Təbrizdən gətirilən türk memarların əliylə inşa edilib. 

Bu gün Tac-Mahal Hindistanın ən populyar brendidir. Məhz bu memarlıq kompleksinə görə Hindistan büdcəsinə hər il yüz milyonlarla rupi daxil olur. Bununla belə Modi və onun həmfikirləri türklərə qarşı patoloji nifrət bəsləyir. Onlar Türk-İslam dəyərlərinin Hindistan tarixindən silinməsi üçün əllərindən gələni edirlər.

Hindistan tarixində Nadir şah izi

Daha bir məqamı da qeyd edək ki, böyük türk fatehi Nadir şah 1737-ci ildə Əfqanıstana hücum edir. Kabil şəhərini ələ keçirən Nadir şah Moğol hökmdarı Məhəmməd şaha  məktub göndərərək, Hindistandakı əfqan mühacirlərini qəbul etməməsini xahiş edir. Lakin tələb yerinə yetirilmədiyi üçün 1738-ci ildə Nadir şah Hindistana girir və Dehli yaxınlığında Moğol İmperiyasının ordusunu məğlub edir. Beləcə 8 mart 1739-cu ildə Nadir şah Dehliyə girir. Bir müddət sonra Nadir şahın oğlunun Moğol hökmdarının qızı ilə toyu olur.

Göründüyü kimi Hindistan əsrlər boyu Türklərin nəzarətində olub. Ona görə də hindli millətçiləri tarixi keçmişi unutmur və türklərə qarşı hər zaman nifrət bəsləyirlər. Hindistanın Azərbaycana qarşı mövqeyi, üstəlik ölkəmizin ŞƏT-ə tamhüquqlu üzv olmasını əngəlləməsinin əsl səbəblərindən biri də məhz budur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

End of content

No more pages to load

RADİO