“Ermənistan Respublikası ABŞ-də Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir. Və onları qısa zamanda həyata keçirməkdə qərarlıdır”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Çində keçirilən "ŞƏT+" sammitində çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Ermənistan Respublikasının əldə edilmiş razılaşmalara sadiqliyini təsdiqləmək istəyirəm və biz onları ən qısa müddətdə həyata keçirməyə qərarlıyıq.
Bütün bunlarla sadəcə Ermənistan və Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq səviyyədə əlaqə açılmayacaq, həm də ŞƏT-nın bütün üzv dövlətləri, o cümlədən qonşularımız və Azərbaycanın ən yaxın qonşuları üçün yeni logistik imkanlar yaradılacaq", - Paşinyan vuröulayıb.
Bizim.Media