Leyla Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi ilə tanış oldu - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yeni yaradılan “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayır.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, burada uşaqlar üçün qurulmuş sosial mühit və xidmət modelləri ilə maraqlanıb.
 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, “Tut Əlimdən” Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə olunmuş bir mühit təmin etmək məqsədilə yaradılıb.


Mərkəzdə uşaqların ilkin psixososial vəziyyətinin qiymətləndirilməsi, təcili müdaxilə, müvəqqəti yerləşdirmə, tibbi yardım və sosial reabilitasiya xidmətləri həyata keçiriləcək.

Eyni zamanda, onların cəmiyyətə inteqrasiyası və gələcək həyatlarının təminatı üçün fərdi inkişaf planları hazırlanacaq.

Həmçinin qeyd edilib ki, uşaqların təhlükəsizliyi və rahatlığı üçün müasir standartlara uyğun, geniş və işıqlı otaqlar, istirahət və müxtəlif məşğələ guşələri yaradılıb.

Geniş həyətyanı sahədə müxtəlif oyun meydançaları və yaşıllıq zonaları salınıb.

Bütün görülmüş işlərlə yaxından tanış olan, eyni zamanda, öz tövsiyə və məsləhətlərini də verən Leyla Əliyeva Mərkəzin ailə əsaslı alternativ qayğı prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün tələb olunan yüksəkixtisaslı və peşəkar gənc kadrlardan formalaşmış əmək kollektivi ilə də görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.




































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

End of content

No more pages to load

RADİO