İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - FOTO/VİDEO

Sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Çin Xalq Respublikasının Sədri Si Cinpin.

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar.

İlk növbədə, ŞƏT Sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə səmimi minnətdarlığımı bildirirəm.

Dost Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edir, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıram.

Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.


Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq.

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir.

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.

Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq.

Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
 

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.


Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Sonda hörmətli Sədr Si Cinpinə dəvətə görə bir daha təşəkkürümü bildirir, Sammit iştirakçılarına səmərəli iş arzulayıram.

X X X

Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub.

Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.

ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan”ın qapıçısı “Çelsi”yə KEÇƏ BİLƏR

“Milan”ın qapıçısı “Çelsi”yə KEÇƏ BİLƏR

Qulağı qoparılan sahibkar HƏBS OLUNDU

Qulağı qoparılan sahibkar HƏBS OLUNDU

Cəlilabadda baytarlıq ekspertizasından keçirilməyən ət məhsulları satışdan ÇIXARILDI - FOTO

Cəlilabadda baytarlıq ekspertizasından keçirilməyən ət məhsulları satışdan ÇIXARILDI - FOTO

“Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytarmaq İSTƏYİR

“Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytarmaq İSTƏYİR

Ət niyə yuyulmamalıdır? - Mütəxəssis İZAH ETDİ

Ət niyə yuyulmamalıdır? - Mütəxəssis İZAH ETDİ

Təranə Qumral: “Qızlarım min dənə oğula dəyərlər” - VİDEO

Təranə Qumral: “Qızlarım min dənə oğula dəyərlər” - VİDEO

Levandovskinin “Fənərbağça” ilə bağlı qərarı BƏLLİ OLDU

Levandovskinin “Fənərbağça” ilə bağlı qərarı BƏLLİ OLDU

“Banu”nun Güneli ilə görüntülərini PAYLAŞDI - VİDEO

“Banu”nun Güneli ilə görüntülərini PAYLAŞDI - VİDEO

Gəncədə 22 yaşlı gənc XƏSARƏT ALIB

Gəncədə 22 yaşlı gənc XƏSARƏT ALIB

Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla Ermənistan arasında sülh prosesi MÜZAKİRƏ EDİLDİ

Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla Ermənistan arasında sülh prosesi MÜZAKİRƏ EDİLDİ

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı - ÖZƏL

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı - ÖZƏL

Göyçaydakı qəzada xəsarət alan şəxsin kimliyi BİLİNDİ

Göyçaydakı qəzada xəsarət alan şəxsin kimliyi BİLİNDİ

Lənkəranda yol qəzası OLDU: 28 yaşlı kişi xəsarət aldı

Lənkəranda yol qəzası OLDU: 28 yaşlı kişi xəsarət aldı

Kənan “Uzak Şehir”in aktyoru ilə VİDEOSUNU paylaşdı

Kənan “Uzak Şehir”in aktyoru ilə VİDEOSUNU paylaşdı

“Sülh naminə təzyiqi Ukraynaya yox, Rusiyaya göstərmək lazımdır” - Zelenski

“Sülh naminə təzyiqi Ukraynaya yox, Rusiyaya göstərmək lazımdır” - Zelenski

Göyçayda qəza baş verib, xəsarət alan var - FOTO/VİDEO

Göyçayda qəza baş verib, xəsarət alan var - FOTO/VİDEO

"Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil"

"Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil"

Sabah Bakının 3 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 3 rayonunda QAZ OLMAYACAQ

Almaniyada kamikadze dronlardan ibarət bölmələr YARADILACAQ

Almaniyada kamikadze dronlardan ibarət bölmələr YARADILACAQ

Efirdə Zümrüdlə prodüser arasında GƏRGİNLİK YAŞANDI - VİDEO

Efirdə Zümrüdlə prodüser arasında GƏRGİNLİK YAŞANDI - VİDEO

Çökən binada xəsarət alan olmayıb - Mənzillərdə əşyalar sıradan çıxıb - FOTO

Çökən binada xəsarət alan olmayıb - Mənzillərdə əşyalar sıradan çıxıb - FOTO

Dibala və Beyli “Napoli” sınağına HAZIRDIR

Dibala və Beyli “Napoli” sınağına HAZIRDIR

Dondurularaq qurudulan meyvələrə tələbat ARTIB: Yeni trend, yoxsa sağlam seçim? - VİDEO

Dondurularaq qurudulan meyvələrə tələbat ARTIB: Yeni trend, yoxsa sağlam seçim? - VİDEO

Rusiyada ilk göyərçin-biodronlar TƏQDİM EDİLDİ - FOTO

Rusiyada ilk göyərçin-biodronlar TƏQDİM EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO