“Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq hər iki ölkə üçün çox önəmlidir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
“Biz hökumətlərarası komissiyanı keçirdik və iqtisadiyyat sahəsində hər iki tərəf qeyd etdi ki, əməkdaşlığımız inkişaf edir.
Rusiya ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq hər iki ölkə üçün çox vacibdir. Biz bu münasibətlərin daha da yaxşılaşdırılması üzərində çalışırıq”, — deyə Overçuk əlavə edib.
Bizim.Media