Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul böyük şəhər bələdiyyə başqanlığına keçirilən seçkinin nəicələri elan olunsa da, hakim Ədalət və inkişafxa0 partiyası (AK parti)xa0 bununla razılaşmadığını və seçkixa0 bülletenlərinin yenidən sayılmasını tələb etmişdi. Hesablama nəticəsində AK partinin namizədi Binəli Yıldırımın seçilmədiyi məlum oldu və Mazbata Ekrem İmamoğluna təhvil verildi.xa0
Bu gün məlum oldu ki, iş hələ bitməyib. Ak Parti nəticələrlə razılaşmamış və Yüksək Seçim Kuruluna(YSK) İstanbul bələdiyyə başqanı seçiminin yenilənməsi tələbini irəli sürmüş, YSK-daxa0 həmin tələbi bu saatlarda icraata götürmüşdür.xa0
xa0xa0
İstanbul məğlubiyyətini hakim partiya heç cür sinirə bilmir və yeni seçkilər tələb edir. YSK iki gün ərzində mövqeyini açıqlayacağını bildirib.