Azərbaycanlı itkinlərin ailə üzvləri Cenevredə aksiya keçirdi – FOTO

Avqustun 30-da - Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında aksiya keçirib.

Bizim.Media “Azərtac.az”a istinadla xəbər verir ki, aksiyada azərbaycanlı itkinlərin şəxsi əşyaları, sənədləri sərgilənib, onların həyat hekayələrini izah edən, onların dili ilə insanlığa xitab edən şüarlardan ibarət orijinal kompozisiya təşkil edilib.

“Mənim üçün zaman dayanıb, fərqində olan varmı?”

Saatı nümayiş etdirilən itkin Zahid Qasımov barədə “Mənim üçün zaman dayanıb, fərqində olan varmı?” (“My time stopped! Who noticed?”), xatirə kimi ancaq şərfi qalmış itkin Qürbət Həsənov barədə “Dünyada heç bir şərf məni isidə bilməz” (“No scarf warms me”), köynəyi, əlyazması nümayiş etdirilən itkin Telman Yusifov barədə “Mənim hekayəm başa çatmayıb” (“My story has no end”) kimi şüarlar yazılıb.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova itkin qardaşı Abbas Behbudovun sənədlərini göstərərək əlində “Sənədlər buradadır, həyat isə itib” (“Documents are here, life is missing”) şüarını tutub. İtkin İlham Dadaşovun anası Elmira Dadaşova “Yoxa çıxmaq üçün deyil, yaşamaq üçün doğulmuşdu” (“Born to live, not to disappear”), itkin Şahin Əliyevin anası Mahuru Şahin “Nə arzular yarımçıq qaldı” (“Countless dreams — all unfinished”) şüarları ilə övladlarının fotolarını nümayiş etdirib. İtkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova həyat yoldaşından qalmış 2 nərd zərini sərgiləyərək “Ümid bu zər daşları qədər kiçilib” (“Hope is as tiny as these dice”) şüarı ilə illərdir xəbər gözlədiyini, tükəndiyini ifadə edib.
 

“Reyhan, sevgilim... Ancaq sükutum sənə çatır” (“Reyhan, my love… only my silence reaches you?”) şüarı itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyevaya həsr edilib. İtkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova isə “Diplomlar, arzular... - əvəzində illərin səssizliyi” (“Diploma, dreams... but suddenly, the silence of ages”) şüarını nümayiş etdirib.


“Məmmədovlar – itmiş ailə: məzar da yoxdur, səda da gəlmir”


Qutuların birinə isə heç bir əşya qoyulmayıb. Bu qutu 1992-ci il Xocalı soyqırımında tamamilə məhv olmuş Məmmədovlar ailəsinin xatirəsinə həsr edilib: “Məmmədovlar – itmiş ailə: məzar da yoxdur, səda da gəlmir” (“The Mammadovs — a lost family. No graves, but only echoes”).

Aksiyada digər itkinlər – Natiq Məlikov, İxtiyar Məmmədov, Bafadar Mirzəyev, Feyruz Cəlilov, Şirindil Həsənquliyev, İsmayıl İsmayılov, Etibar Əhmədov, Əliyar Əliyev, Əbülfət Əliyev, Telman Mustafayev, Şahin Əliyev, Aydın Kərimov, Təyyar Ağayev və başqaları barədə də təsirli mesajlarla insanlığa xitab edilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinə inam azalır
 

Aksiya böyük maraqla qarşılanıb, Cenevrə sakinləri müvafiq “QR” kod vasitəsilə itkinlər barədə ətraflı məlumatlarla tanış olub. Dinc aksiya zamanı insanlar azərbaycanlı itkin ailələrinə yaxınlaşaraq, onlara təsəlli verməyə çalışıb.


Qeyd edək ki, bu azərbaycanlı itkinlərin ailə üzvlərinin xarici ölkədə ilk aksiyasıdır. Bundan əvvəl – avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin müraciətinə ilk dəfə BMT səviyyəsində reaksiya verilib, azərbaycanlı itkinlərin ailə üzvləri BMT-də qəbul edilib, onlar Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyi ilə görüşüb.

Görüşdə itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd edib, itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.

3990 nəfər itkin

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşüb, onlardan 6 nəfəri 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşənlərdir. İtkinlər içərisində 71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs var. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Cenevrədə aksiya zamanı azərbaycanlı itkin ailələri bu hüquqlarına hörmətlə yanaşılmasını istəyiblər.
 

İtkin ailələri Ermənistanı müharibə canilərini cəzalandırmağa çağırıb, bildiriblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən bir nəfər də hələ məsuliyyətə cəlb olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları düzəldilib.


İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir. Xatırladılıb ki, bir sıra hallarda insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, onların da heç birinin aqibəti bilinmir. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

End of content

No more pages to load

RADİO