Məğlubiyyəti həzm edə bilməyən Ərdoğan "Türkiyə ittifaqı"na nail ola biləcəkmi?

Türkiyədə bələdiyyə seçkiləri arxada qalıb. Ancaq hələ də bir sıra yerlərdə seçki nəticələrinin ləvği məsələsi ətrafnda müzakirələr gedir. Ən çox da İstanbul diqqət mərkəzindədir. Hakim Ədalət və İnkişaf Partiyasından çox tərəfdaşı Milliyətçi Hərəkat Partiyası (MHP) aktivlik nümayiş etdirir. MHP lideri Dövlət Baxçalı deyib ki, Əkrəm İmamoğlu yanlış siyasət yürüdür və İstanbulda yenidən seçki keçirilməlidir. Yazıq Əkrəmoğlu 17 gün süründürüldükdən sonra heç bir neçə gün deyil işə başlayıb, hansı ciddi səhvə yol verib ki?

Fikrimcə, məsələ bitib. İmamoğlu mandatını alaraq işə başlayıb və cəmiyyət bu reallığı qəbul edib. Mandatın İmamoğludan geri qalınması İstanbulda və bütövlükdə Türkiyədə təlatümlərə səbəb ola bilər. İmamoğluna İstanbul əhalisinin yarısı səs verib. İmamoğlunun mandatının əlindən alınması ona səs verənlərə sayğısızlıq olar. Ona görə də Yüksək Seçim Kurulunun risqli qərar verəcəyini düşünmürəm.

Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası İstanbul uğrunda sona qədər mübarizə apardı. Bu anlaşılandır. İstanbul hər mənada Türkiyənin yarısıdır. Digər tərəfdən Ərdoğanın siyasi zirvəyə qalxışı da məhz vaxtilə İstanbuldan başlamışdı. Bəli, bəzi seçki saxtakarlıqları qeydə alınıb. Ancaq bu saxtakarlıqlar sonda nəticəyə təsir etmədi. Əgər hakim partiyanın iddia etdiyi kimi İstanbulda böyük saxtakarlıqlar olmuşdusa bu o demək idi ki, Türkiyənin tamamında seçki saxtakarlıqları olub. Bu faktın üzərində dayanılması isə Türkiyənin imicinə zərbə vura bilərdi. Belə çıxacaqdı ki, Türkiyə Cumhuriyyəti artıq demokratik seçki keçirmək qabiliyyətini itirib. Ona görə də hakim partiyanın sona qədər dirənməsi hakimiyyətin özünün nüfuzunə zərbə vura bilər. Məsələnin digər tərəfə də var. Seçkidə böyük saxtakarlıqlar olubsa seçki məntəqələrindəki AKP təmsilçiləri niyə yekun qətnamələrə imza atıblar? Məgər saxtakarlıqları görmürdülərmi?

Fikrimcə, Rəcəb Təyyub Ərdoğan özü üçün məsələyə nöqtə qoyub. Türkiyə Cumhurbaşqanı daxili etirazına rəğmən, Əkrəm İmamoğlunu İstanbul bələdiyyə başçısı kimi qəbul edib. Ərdoğanı son tvitində yazıb ki, bundan sonra “Türkiyə ittifaqına” ehtiyac var. Yəni “Cumhur ittifaqı” və “millət ittifaqı” geridə qaldı. Ərdoğan bu sözlərlə demək istəyir ki, seçki bitdi, hamı iş başına keçməlidir. Haqlıdır. Türkiyədə istisadi vəziyyət sabit deyil. Ötən il Ankarada idim, 1 dollar 3 lirə idi. Ankaradan yeni qayıtmışam. 1 dollar 5 lirəni ötüb. İnsanları dolanışıq məsələləri narahat edir. Ona görə də Ərdoğanın “işə başlamaq” çağırışı yerindədir. Seçki bitib, bələdiyyə başçılarını rahat buraxıb gündəlik problemlərin həlli ilə məşğul olmaq lazımdır. Türkiyədə növbəti seçki 4 il yarımdan sonra olacaq. Ona görə də cəmiyyətdə siyasi gərginliyi saxlamağa ehtiyac yoxdur. Bu həm hakimiyyətin, həm də müxalifətin maraqlarına cavab vermir. Türkiyənin qarşısında ciddi daxili və xarici çağırışlar var. Enerjini seçki nəticələrinin mübahisəsinə xərcləməyə ehtiyac yoxdur.

Elxan Şahinoğlu, politoloq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

End of content

No more pages to load

RADİO