Cənubi Qafqazda YENİ DÖNƏM – İran razılaşdı, növbə Rusiyanındır...

Məlum olduğu kimi, 44 günlük müharibədən cəmi bir ay sonra Azərbaycan regional əməkdaşlığın bərpası üçün 3+3 formatını irəli sürdü. Təbii ki, bu formatı ilk dəstəkləyən Türkiyə oldu. Lakin regionun digər ölkələri - Rusiya, İran, Ermənistan və Gürcüstan ilk günlər bu formatla bağlı hər hansı bir müsbət fikir bildirmədi.

Əksinə bəzi ölkələr, o cümlədən İran Azərbaycanın humanizm prinsiplərinə söykənən təklifinə qarşı çıxdı. Ermənistanı da bu təklifdən uzaq durmağa çağırdı. Əvəzində rəsmi Tehran 3+3 formatına alternativ sərsəm ideyalar irəli sürdü.

Həmin ideyalardan biri də Asiya ilə Avropanı birləşdirən yeni dəhliz idi. Bu dəhliz Hindistandan başlayaraq İran ərazisindən keçməklə Ermənistanla Avropanı birləşdirəcəkdi. O zaman İranın bu təklifi Paşinyan üçün də xeyli cəlbedici göründü. Hətta Paşinyan bu ideyaya bir ad da qoydu - “Dünyanın kəsişmə nöqtəsi”.

Zaman keçdikcə bu ideyanın əsassız olduğu təsdiqləndi.

Tədricən bu ideya unuduldu. Bir müddət sonra isə İran Azərbaycanın moderator olduğu Araz dəhlizinin inşasına qoşuldu. Artıq bu dəhliz üzrə son tamamlanma işləri görülür. Hesablamalara görə dəhliz yaxın 5-6 ayda istismara veriləcək.

İranın ikili siyasəti təbii ki, rəsmi İrəvana da öz seçimini etmək məcburiyyəti yaratdı. Artıq son bir ildə Ermənistan Zəngəzur dəhlizindən (Tramp yolu) daha çox danışır. Bu ilin avqust ayının 8-də Ağ Evdə baş tutan üç ölkə liderinin görüşündə isə Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı son qərar verildi.

Bu günlərdə isə bu istiqamətdə mühüm bir hadisə baş verib. Belə ki, rəsmi Tehran ən qısa zamanda Rusiya qazının Azərbaycan üzərindən İrana tədarükü üçün hərəkətə keçib.

Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

O, bildirib ki, Tehran yaxın gələcəkdə Rusiya qazının Azərbaycan üzərindən nəqlinə başlanacağını gözləyir:

"Hazırda "Qazprom"la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub".

Eyni zamanda, o əlavə edib ki, tərəflər hələ də Rusiya qazının qiymətini razılaşdırmalıdırlar. Diplomat diqqəti ona yönəldib ki, əgər bu məsələ həll olunarsa, o zaman tədarüklərə başlanılacaq.
 

Xatırladaq ki, bir müddət əvvəl Rusiya-İran hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 18-ci iclası zamanı Rusiyanın energetika naziri Sergey Tsivilev bildirmişdi ki, bu il Rusiyadan mövcud infrastruktur vasitəsilə Azərbaycan vasitəsilə İrana qaz nəqlinə başlanılacaq.


İrana qaz necə tədarük ediləcək?

Rusiyanın mənbələrinin yazdıqlarına görə, Rusiya qazı Azərbaycan ərazisindən İrana mövcud infrastrukturdan istifadə olunaraq ötürüləcək. Bunun üçün əlavə boru kəmərləri və qaz-kompressor stansiyalarının tikintisinə ehtiyac yoxdur. Zatən Rusiyadan Azərbaycana qaz kəməri var. Azərbaycandan isə İrana qaz kəməri fəaliyyət göstərir. Lakin indiki halda mövcud infrastrukturu nəzərə alsaq, Rusiya qazı böyük miqdarda İrana ötürülə bilməz.

Rusiya qazı İrana nə üçün lazımdır?

İlk baxışdan dünyanın ikinci ən böyük qaz yatağına malik bir ölkənin qaz idxal etməsi məntiqli görünmür. Ancaq nəzərə alaq ki, İranda bütün hasilat ölkənin cənubunda, dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars"da yerləşir. Bu yataqlar İranla Qətər arasında bölünür. Eyni zamanda, İranın qaz anbar sisteminin olmaması kimi ciddi problemi var. Ona görə də ölkənin şimalına qazın verilməsində sıxıntılar yaşanır. Rusiyadan gələcək qaz məhz bu problemi aradan qaldıracaq.
 

Tək bu layihənin özü sübut edir ki, 3+3 formatı regional inkişaf üçün unikal platformadır. Bu format çərçivəsində regiondakı 6 dövlətin hər biri iqtisadiyyatın şaxələndirilməsində və kommunikasiyaların dərinləşməsində yeni imkanlar qazana bilər.


Təsadüfi deyil ki, bu günlərdə İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki,  "3+3" formatında danışıqlar Cənubi Qafqazda problemlərin həlli üçün daha səmərəli mexanizmə çevriləcək:

"İnanıram ki, İran və Rusiyanın iştirakı ilə "3+3" formatında danışıqlar Qafqaz regionunun problemlərinin həlli üçün daha effektiv və səmərəli mexanizmə çevriləcək”.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin nə qədər uzaqgörən və siyasətçi olduğunu göstərir. Üstəlik, Azərbaycan liderinin yürütdüyü siyasət regional sülhə və rifaha töhfə verir.

Məhz bu səbəblərə görə qlobal güclər belə Azərbaycanın qətiyyəti qarşısında geri çəkilir, ölkəmizin siyasi iradəsi ilə hesablaşırlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neymar özünə şəhər TİKİR

Neymar özünə şəhər TİKİR

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

Bakı-Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı - VİDEO

Bakı-Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı - VİDEO

Küçədə, avtobusda, vağzalda NAMAZ – Din nə deyir? - VİDEO

Küçədə, avtobusda, vağzalda NAMAZ – Din nə deyir? - VİDEO

Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ

Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ

Şuşaya gedəcək sürücülərə XƏBƏRDARLIQ EDİLDİ

Şuşaya gedəcək sürücülərə XƏBƏRDARLIQ EDİLDİ

Rusiya Ukrayna ərazisinə raketli “Şhahed” PUA-ları ATIR - FOTO

Rusiya Ukrayna ərazisinə raketli “Şhahed” PUA-ları ATIR - FOTO

Sumqayıtda 38 yaşlı qadın İTKİN DÜŞDÜ - FOTO

Sumqayıtda 38 yaşlı qadın İTKİN DÜŞDÜ - FOTO

51 nömrəli avtobus yoldakı çuxura düşdü, sərnişinlər düşürüldü - VİDEO

51 nömrəli avtobus yoldakı çuxura düşdü, sərnişinlər düşürüldü - VİDEO

“Karvan-Yevlax” millimizin üzvünü TRANSFER ETDİ

“Karvan-Yevlax” millimizin üzvünü TRANSFER ETDİ

İrana hücumun vaxtı BƏLLİ OLDU – Bu hədəflərə ZƏRBƏLƏR ENDİRİLƏCƏK

İrana hücumun vaxtı BƏLLİ OLDU – Bu hədəflərə ZƏRBƏLƏR ENDİRİLƏCƏK

Sevinc Osmanqızına HÖKM OXUNDU

Sevinc Osmanqızına HÖKM OXUNDU

İran və Türkiyənin XİN başçıları regiondakı son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

İran və Türkiyənin XİN başçıları regiondakı son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Borcluları Qabil Məmmədovla şantaj edən qadının evindən tapılan pullar kimə məxsusdur? - MƏHKƏMƏ

Borcluları Qabil Məmmədovla şantaj edən qadının evindən tapılan pullar kimə məxsusdur? - MƏHKƏMƏ

Hindistan səfirliyi vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Hindistan səfirliyi vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

Anası xəstəxanaya yerləşdirilən Vüsalə efirdə ağladı - VİDEO

Anası xəstəxanaya yerləşdirilən Vüsalə efirdə ağladı - VİDEO

FİFA bu klubu CƏZALANDIRDI

FİFA bu klubu CƏZALANDIRDI

Bakıda qadın mağazadan oğurluq etmək istyərkən saxlanıldı

Bakıda qadın mağazadan oğurluq etmək istyərkən saxlanıldı

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

ABŞ 75 ölkənin vətəndaşlarına viza verilməsini dayandırdı - Siyahıda Rusiya da var

ABŞ 75 ölkənin vətəndaşlarına viza verilməsini dayandırdı - Siyahıda Rusiya da var

Premyer Liqadakı mövqelərinə görə futbolçu ala bilmirlər

Premyer Liqadakı mövqelərinə görə futbolçu ala bilmirlər

Azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi üçün tədbirlər planı HAZIRLANACAQ

Azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi üçün tədbirlər planı HAZIRLANACAQ

Bakının sıxlıq olan yolları - SİYAHI/FOTO

Bakının sıxlıq olan yolları - SİYAHI/FOTO

Dünyanın ən güclü pasportları AÇIQLANDI – SİYAHI

Dünyanın ən güclü pasportları AÇIQLANDI – SİYAHI

End of content

No more pages to load

RADİO