Mahmud Abbas bu tarixdə Fələstin dövlətini elan edəcək?

Fələstin rəhbərliyi Fələstin Muxtariyyətini dövlətə çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirir və bu barədə 2025-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasında birtərəfli qaydada bəyan edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Al-Araby Al-Jadeed" nəşri anonim mənbəyə istinadən məlumat yayıb.
 

“Mənbənin sözlərinə görə, rəhbərlik prezident Mahmud Abbasın BMT Baş Assambleyasının konfransı zamanı Fələstin Muxtariyyətini birtərəfli qaydada dövlətə çevirdiyini elan etməsi imkanını nəzərdən keçirir”, – deyə məlumatda bildirilir.


Mənbənin sözlərinə görə, bu addımdan əvvəl Fələstin Prezidenti tərəfindən konstitusiya bəyanatı verilməli və Fələstin Milli Şurasına seçkilərin dəqiq tarixi müəyyən edilməlidir.

O qeyd edib ki, rəsmi bəyanat prezident Mahmud Abbas tərəfindən yayımlanacaq və dövlətin sərhədlərini, xarakterini, mahiyyətini və əsaslarını – Fələstin Konstitusiyası qəbul edilməmişdən əvvəl – təsdiqləyəcək.

Qeyd olunur ki, Fələstin Muxtariyyətinin dövlətə çevrilməsi barədə bəyanat, ehtimal ki, ilin sonuna qədər keçiriləcək Fələstin Milli Şurasına seçkilərdən əvvəl verilə bilər.

Muxtariyyətin dövlətə çevrilməsi vaxtı ilə bağlı mənbə bildirib:

“Bu məsələ hələ 2015-ci ildə araşdırılıb və gündəmə gətirilib, lakin prezident Abbas bu prosesi səbəb göstərmədən dayandırmışdı. Lakin düşünürəm ki, prezidentin bu məsələyə, yəni muxtariyyətin dövlətə çevrilməsi ideyasına bu gün qayıtmasının iki səbəbi var: birincisi, Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınması istiqamətində uğurlu kampaniyadan yaranan impulsdan istifadə etmək; ikincisi, İsrailin işğal olunmuş İordan çayının Qərb sahilini anneksiya (birləşdirmə - red.) etmək qərarına cavab verməkdir.

Bu səbəbdən rəhbərlik qarşısında vacib sual dayanır: nə üçün biz İsrailin bütün təhdidlərini reallaşdırmasını və Qərb sahilini tam şəkildə işğal etməsini gözləməliyik?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

"Məlhəm Hospital"da YANĞIN OLDU

"Məlhəm Hospital"da YANĞIN OLDU

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Bütün zamanların ən yaxşı 20 filmi

Bütün zamanların ən yaxşı 20 filmi

Sabah Xətaidə QAZ OLMAYACAQ

Sabah Xətaidə QAZ OLMAYACAQ

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Trampın qalmaqallı fotosu silindi

Trampın qalmaqallı fotosu silindi

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

End of content

No more pages to load

RADİO