Vaşinqtonda tarix yazıldı

Avqustun 8-i Azərbaycan xalqının yaddaşında tarixi gün kimi qalacaq. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri və səfər çərçivəsində imzaladığı sənədlər Azərbaycanın qlobal imicini nümayiş etdirməklə bərabər Cənubi Qafqazın yeni simasının formalaşmasındakı rolunu göstərir. ABŞ prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin imza atdıqları Birgə Bəyannamə isə 35 illik tarixi olan münaqişəyə nöqtə qoyacaq.

Buna əmin olmaq üçün qəbul edilən Bəyannamənin bəndlərinə nəzər yetirmək kifayət edər.

Birincisi, liderlər sülh sazişi mətninin paraflanması və qarşıdakı dövrdə danışıqlar masasında olan məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəlməklə faktiki, bölgədə yeni hərbi eskalasiya təhdidini aradan qaldırdılar. Xüsusi məqam isə odur ki, sənədlərin paraflanması fonunda Azərbaycanın irəli sürdüyü ən vacib tələb – Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılması diqqətdən kənar qalmayacaq.
 

Başqa sözlə, Ermənistan Bakının bu şərtini gec-tez qəbul etməli olacaq. Paşinyan və İrəvan hakimiyyəti bu addımı 2026-cı ilin parlament seçkilərindən sonra atmağı hədəfləyir.


Onun kilsə müxalifətinə, xuntaçı siyasətçilərə və Moskvanın əlaltısı olan oliqarxlara qarşı sərt mübarizəsi belə demək mümkünsə, Azərbaycanın konstitusiya tələbini müqavimətsiz qəbul etmək üçün “qoruyucu yastıq” yaratmağa xidmət edir.

İkincisi, Azərbaycan Birləşmiş Ştatlar prezidentinin dəstəyi ilə 30 il ərzində effektsiz fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun ləğvinə nail oldu. Əslində, Vaşinqtonda qrupun buraxılması üçün ATƏT-ə müraciət edilməsi üzrə Azərbaycan və Ermənistan XİN başçılarının imzaladığı sənəd sözügedən qrupun dəfnini şərtləndirir. Lakin Cənubi Qafqazda sülhün qərarlaşmasını istəməyən qüvvələr siyasi təxribatlar hesabına müəyyən problemlər yarada bilərlər.

Maşa isə təbii ki, uzun müddət bu bəndə qarşı çıxan Ermənistan olacaq. Rusiya və Fransa həmsədrlik institutunun saxlanmasını hansısa absurd tezislə əlaqələndirə bilər, ancaq qrupun 3-cü həmsədri – ABŞ-nin məsələyə net münasibəti digərlərini də analoji addım atmağa məcbur edəcək. Fransa XİN-in Minsk qrupunun buraxılması təşəbbüsünə dəstək ifadə etməsi bu tendensiyanın təsdiqi deməkdir.

Vaşinqtonda 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının daha bir strateji bəndi – Zəngəzur dəhlizinin açılması haqqında da anlaşma əldə olundu.

Beləliklə, Rusiya və İrandakı havadarları hesabına dəhlizlə bağlı neqativ versiyalar ortaya atan, dəhliz sözünü “eksterritorial ərazi” termini müstəvisində təhlükəli presedent kimi təqdim edən, bu marşrutun Ermənistanın yurisdiksiyası xaricinə çıxacağını deyən Paşinyan hakimiyyəti artıq 43 kilometrlik hissənin çəkilməsi və Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz keçidin təmini reallığı ilə barışır.
 

Prezident İlham Əliyev bu məsələdə də istədiyini aldı, ermənilər isə Zəngəzur dəhlizini ABŞ-yə 99 illik icarə müqaviləsi əsasında verməklə özlərinə Birləşmiş Ştatlar nümunəsində arxa tapdılar.


Amerikalılar əlbəttə, “Tramp marşrutu” da adlandırılan bu dəhlizin realizəsi, onun bölgə xalqlarına hərtərəfli fayda verməsi üçün hər şeyi edəcəklər ki, bu da ilk növbədə, Azərbaycan və Ermənistanın xeyrinədir.

Birgə Bəyannamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün mümkün təhdidləri tam neytrallaşdırır və gələcəkdə Ermənistan üçün hər hansı iddia ilə çıxış etmək şansını rədd edir.

Tərəflər BMT Nizamnaməsi və 1991-ci ilin Alma-Ata bəyannaməsi əsasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də anlaşaraq bildirdilər ki, beynəlxalq sərhədlər toxunulmazdır və ərazi əldə etmək üçün gücün tətbiqi yolverilməzdir. Prezident İlham Əliyevin Ağ ev zəfərinin təməlində duran ən vacib faktor o idi ki, həm Azərbaycan, həm də Ermənistan artıq razılıq əldə olunan mövzuları təftiş etməyəcək, yenidən müzakirə platformasına qaytarmayacaq, iddialı mövzuları beynəlxalq tribunalara daşımayacaqlar.

Bu xəbərdarlıq daha çox Ermənistan üçündür, çünki, Azərbaycan qalib dövlətdir və onun yaratdığı postmüharibə reallıqlarını supergüclər də qəbul edir.

Nəhayət, Prezidentin Amerika səfərinin tarixi anlarından biri – 907-ci düzəlişin ləğvi oldu. 1992-ci ildə, Qarabağ münaqişəsi və ölkəmizin ərazilərinin işğalının başladığı bir dövrdə amerikalı ermənipərəstlər Konqresə “Azadlığı Müdafiə Aktı”nı çıxardılar və ona 907-ci düzəlişi əlavə etməklə Azərbaycanı ABŞ-nin dövlət yardımlarından kənar qoydular.
 

Doğrudur, 2001-ci ilin 11 sentyabr terrorundan sonra Birləşmiş Ştatlar prezidentləri davamlı olaraq rəsmi Bakının antiterror koalisiyasına mühüm töhfələr verdiyini nəzərə alaraq həmin düzəlişi hər il qüvvədən salırdılar.


Lakin 2024-cü ildə Co Bayden administrasiyası düzəlişi yenidən qüvvəyə mindirdi və Azərbaycanı Ermənistana qarşı təcavüzdə günahlandıraraq ABŞ-Azərbaycan dialoquna sarsıdıcı zərbə vurdu.

Prezident İlham Əliyevin Oval Kabinetdə amerikalı həmkarı ilə Strateji Tərəfdaşlıq Xartiyasının Anlaşma Memorandumunu imzalaması mərasimində 907-ci düzəlişin nümayişkəranə şəkildə ləğvinin elan edilməsi Bakı-Vaşinqton əlaqələrində yeni tarixi dövrün başlanğıcı adlandırılmalıdır. Donald Trampın bu qərarını Azərbaycan Prezidentinin iştirakı ilə elan etməsi həm şəxsən Prezident İlham Əliyevə, həm də Azərbaycan dövlətinə ehtiramının ifadəsidir.

Dünyanın aparıcı güc mərkəzləri – BMT, Avropa İttifaqı, Fransa, Türkiyə, NATO, ABŞ Dövlət Departamenti, Türk Dövlətləri Təşkilatı, Pakistan və digərləri Vaşinqtonda sülh istiqamətində atılan addımları yüksək qiymətləndirdilər və bu məsələdə tərəflərə bundan sonra da dəstək verəcəklərini bəyan etdilər.

Şübhəsiz, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maneə törədənlər də olacaq. Bu məsələdə ilk sırada erməni diasporu gedir.

Amerikadakı erməni təşkilatlarından olan “Ay Dat” ermənilərlə azərbaycanlılar arasında heç vaxt sülh olmayacağını deyərək Vaşinqton zirvəsinin mahiyyətini azaltmağa çalışır. Həftə ərzində Azərbaycanın Ukraynadakı 2 enerji obyektinə hava zərbələri endirən Rusiya hələlik özünü sülh prosesinin tərəfdarı deyil, əleyhdarı kimi aparır.

Ukrayna müharibəsi ucbatından Cənubi Qafqaza təsir rıçaqlarını itirən rusların bu yolla Azərbaycanın müstəqil və çoxvektorlu fəaliyyətinə zərbə vurduğunu düşünmək olar.

Ancaq bütün anti-Azərbaycançı qüvvələr anlamalıdırlar ki, Vaşinqtonda Cənubi Qafqazın yeni tarixi yazıldı və bu tarixi yazan iki tərəfdaş ölkəyə - ABŞ və Azərbaycanın mövqeyinə kimsə təsir göstərə bilməyəcək. Prezident İlham Əliyev isə Amerika səfəri ilə dünyaya sübut etdi ki, o, yalnız 44 günlük müharibədəki qələbənin memarı deyil, həm də Cənubi Qafqaza əbədi sülhü gətirən liderdir.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

End of content

No more pages to load

RADİO