Qətiyyətli siyasətin məntiqi NƏTİCƏSİ – Ağ Evdə Azərbaycanın şərtləri QƏBUL EDİLƏCƏK – TƏHLİL

Xəbər verdiyimiz kimi bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.

Məlumata görə, ilk olaraq Trampın Bakı vaxtı ilə 22:30-da N.Paşinyanla, 23:20-də isə Prezident İlham Əliyevlə görüş keçirəcəyi planlaşdırılır. Gecə yarısı isə üç lider birgə bəyanat verəcək.

Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanacağı da gözlənilir. 

Ağ Evdən səslənən nikbin notlar

Tarixi görüş barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb ki,  o, Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyir:
 

MÖVZU İLƏ BAĞLI:

Tramp: “Azərbaycanla Ermənistan arasında sülhə dair sənəd imzalanacaq” - FOTO


“Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”.

Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq:

“Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”.

Planlaşdırılan görüşlərlə bağlı ABŞ dövlət katibi Marko Rubio da müsbət tonda danışıb.

O, jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq:

“ABŞ Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır. Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşandı. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq. Bu həftənin cümə günü razılaşma imzalamaq və onu sülh sazişinin başlanğıcı etmək üçün burada olacağıq".

Dünyanın siyasi gündəmində olan görüş

Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək “Tarixi Sülh Zirvəsi” dünya mediasının diqqət mərkəzindədir. Məsələn, “Financial Times” yazır ki, Vaşinqtonun təşəbbüsü ilə baş tutacaq sammit Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün “nadir fürsət” hesab olunur.

“Politico” isə prosesin ABŞ diplomatiyasının son illərdə bölgədə atdığı ən iddialı addımlardan biri olduğunu qeyd edir.

Vaşinqton görüşündə Azərbaycanın diqtəsi

Bu görüşdə vasitəçi ABŞ olsa da, mövcud sülh atmosferini yaradan, onu mümkün edən, Ermənistanı imza atmağa məcbur edən ölkə birmənalı şəkildə Azərbaycandır. Ən əsası bu görüşdə qəbul ediləcək qərarlar da Azərbaycanın qətiyyətinin təntənəsidir. Belə ki, bu görüşdə ATƏT-in Minsk qrupunun buraxıldığı elan ediləcək və bu barədə ATƏT-ə rəsmi bildiriş göndəriləcək.
 

ATƏT-in Minsk qrupunun buraxılması ideyasını 2020-ci ilin sonunda Azərbaycan tərəfi irəli sürdü. Çünki bu qrupun mövcudluğuna artıq lüzum qalmamışdı. Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmişdi.


Lakin Ermənistan bu təklifi qəbul etmədi. Əksinə Minsk qrupunun fəaliyyətinin bərpası üçün ABŞ, Fransa və Rusiyaya elçilər göndərdi. Təbii ki, maraqlı tərəflər olduğu üçün və ən əsası 44 günlük müharibənin nəticələrində hər 3 dövlətin payı olmadığına görə ABŞ, Fransa və Rusiya da rəsmi İrəvanın təkliflərini dəstəklədi.

Amma artıq gec idi. Minsk qrupunun hər hansı bir şəkildə fəaliyyətinə lüzum qalmamışdı. Azərbaycanın qətiyyəti və 5 il davam edən diplomatik mübarizə hesabın Minsk qrupunun üzv dövlətləri və Ermənistan reallıqla barışmalı oldu. Beləliklə Minsk qrupu tarixin arxivinə gömüldü.

Bu isə birbaşa Azərbaycan lideri İlham Əliyevin qətiyyətinin təntənəsi idi. O milli və dövlət maraqlarından çıxış edərək son 5 ildə Ermənistan-Azərbaycan münasibətlərində üçüncü tərəfin iştirakını qətiyyətlə rədd etdi. Ötən illər ərzində həm ABŞ, həm Fransa, həm Rusiya və həm də diğər dövlətlərin iki ölkə arasında vasitəçilik təşəbbüsləri fiaskoya uğradı.

Ağ Evdə bu fiasko səmimi və rəsmi şəkildə elan olunur.

Vaşinqton görüşündən digər gözlənti Zəngəzur dəhlizinin bərpasıdır. ABŞ bu prosesi son mərhələyə çatdırmaq, müqavilənin bağlanması üçün qarşıdakı maneələri kənara atmaq üçün qəti həmləsini edir. Rəsmi Vaşinqton dəhlizin qısa zamanda açılması üçün öz imkanlarını ortaya qoyur. Bu isə dəhlizin mühafizəsi və maliyyələşdirilməsidir.

Məlum olduğu kimi ABŞ rəsmiləri bir müddət əvvəl bəyan etmişdilər ki, dəhlizin təhlükəsizliyini öz üzərlərinə götürməyə hazırdırlar. Son günlərsə bəzi beynəlxalq ekspertlər bildirirlər ki, dəhlizin Ermənistandan keçən hissəsinin inşasını da ABŞ öz üzərinə götürmək istəyir. Doğrudur, Azərbaycan öz ərazisindən keçən hansısa dəhliz üzərində hər hansı bir ölkənin nəzarət etməsini qətiyyətlə rədd edir. Amma Ermənistan bu məsələyə isti baxır.
 

Təbii ki, Zəngəzur dəhlizinin beynəlmiləlləşməsi və açılması, ABŞ-ın regionda iqtisadi iştirakı Qafqazda yeni bir nizam formalaşdıracaq. Növbəti 20–30 ildə isə əsas həlledici faktor iqtisadi model seçimi olacaq. İqtisadi modelini Amerikanın iqtisadi arxitekturasına daha yaxın quran ölkələrsə digər qonşularından daha güclü oyunçulara çevriləcək.


Bu axşamkı görüşdə ABŞ hər iki ölkə ilə ikitərəfli sazişlər də bağlayacaq.

Təbii ki, ən böyük hadisə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişinin mətninin paraflanması olacaq. Bu tərəfləri sülh sazişinə bir qədər də yaxınlaşdıracaq.

Qeyd edək ki, paraflanma mühüm diplomatik prosedurdur və bu, sazişin yekun imzalanmasına bərabər olmasa da, mətnin təsdiqi mərhələsinin başa çatdığını təsdiqləyir. Beynəlxalq təcrübə nöqteyi-nəzərindən bu, tərəflərin tam hüquqlu və hüquqi öhdəliyi olan sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə hazır olduğunu göstərir.

Nəzərə alaq ki, Ermənistan Azərbaycanın son iki təklifindən birinə bu gün əməl edəcək və ATƏT-in Minsk qrupunun buraxılmasıyla razılaşacaq. Azərbaycanın digər tələbi isə 2026-cı ildə Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumundan sonra reallaşa bilər. Məhz bundan sonra Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rassel Formula 1 Sinqapur Qran Prisinin qalibi oldu

Rassel Formula 1 Sinqapur Qran Prisinin qalibi oldu

Gəncədə orta yaşlı kişini maşın vurdu

Gəncədə orta yaşlı kişini maşın vurdu

MDB Oyunları: Oğlan boksçularımızdan 5-ci qızıl medal - FOTO

MDB Oyunları: Oğlan boksçularımızdan 5-ci qızıl medal - FOTO

Əllərinizdə bu 3 əlamət varsa, qaraciyəriniz risk altında ola bilər

Əllərinizdə bu 3 əlamət varsa, qaraciyəriniz risk altında ola bilər

Suriyada parlament seçkiləri: 1 578 namizəd mübarizə aparır

Suriyada parlament seçkiləri: 1 578 namizəd mübarizə aparır

Smartfon istifadəsinə MƏHDUDİYYƏT – İnformasiya “zəhərlənməsi”nə SƏBƏB olur?

Smartfon istifadəsinə MƏHDUDİYYƏT – İnformasiya “zəhərlənməsi”nə SƏBƏB olur?

Şavkat Mirziyoyev bu tarixdə Azərbaycana gələcək

Şavkat Mirziyoyev bu tarixdə Azərbaycana gələcək

İdman zallarında gizlənmiş RİSKLƏR

İdman zallarında gizlənmiş RİSKLƏR

Arda Gülər yenə seçildi - FOTO

Arda Gülər yenə seçildi - FOTO

İki 16 yaşlı qız siyasətçinin dul arvadını və oğlunu QƏTLƏ YETİRDİ - VİDEO

İki 16 yaşlı qız siyasətçinin dul arvadını və oğlunu QƏTLƏ YETİRDİ - VİDEO

Peşəkar mühasib olmaq istəyənlər İMTAHAN VERDİ

Peşəkar mühasib olmaq istəyənlər İMTAHAN VERDİ

"Sabah" səfərdə "Karvan-Yevlax"a qalib gəldi

"Sabah" səfərdə "Karvan-Yevlax"a qalib gəldi

Çində "Matmo" tayfunu: Evlər su altında qaldı - VİDEO

Çində "Matmo" tayfunu: Evlər su altında qaldı - VİDEO

MDB Oyunları: Azərbaycan boksçularından 4-cü qızıl medal - FOTO

MDB Oyunları: Azərbaycan boksçularından 4-cü qızıl medal - FOTO

Ukrayna hərbçiləri Belqorod vilayətinə zərbə endirdi

Ukrayna hərbçiləri Belqorod vilayətinə zərbə endirdi

Ramzan Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi

Ramzan Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi

Zaqatalada BƏDBƏXT HADİSƏ: Şabalıd yığarkən ağacdan yıxıldı

Zaqatalada BƏDBƏXT HADİSƏ: Şabalıd yığarkən ağacdan yıxıldı

Ən etibarsız avtomobillərin siyahısı AÇIQLANDI

Ən etibarsız avtomobillərin siyahısı AÇIQLANDI

Almaniyada yüzlərlə uçuş ləğv edildi

Almaniyada yüzlərlə uçuş ləğv edildi

Xoşqədəmin verilişinə o aparıcılıq edir

Xoşqədəmin verilişinə o aparıcılıq edir

İran tüməndən dörd sıfırı sildi - RƏSMİ

İran tüməndən dörd sıfırı sildi - RƏSMİ

Azər Qəribin İtaliyada başına iş gəldi - VİDEO

Azər Qəribin İtaliyada başına iş gəldi - VİDEO

Bu 5 əlaməti bir ay əvvəl hiss edirsinizsə, infarkt keçirə bilərsiniz

Bu 5 əlaməti bir ay əvvəl hiss edirsinizsə, infarkt keçirə bilərsiniz

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

End of content

No more pages to load

RADİO