Pezeşkianın oğlundan Azərbaycana qarşı ittihamlara REAKSİYA

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkəsində Azərbaycana qarşı səsləndirilən bir sıra ittihamları tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İranın “NasrNews” portalı yayıb.

Y.Pezeşkian vurğulayıb ki, hər hansı fikri irəli sürməzdən əvvəl sözlərin nəticələri barədə düşünmək, onları qiymətləndirmək və nəticələrini qəbul etmək lazımdır:

“Bəziləri mütəmadi olaraq “Azərbaycan müharibədə İsrailə yardım edirdi” ifadəsini işlədir. Bu cür iddia irəli sürməzdən əvvəl bu açıqlamaları təsdiq edən sənəd və sübutları araşdırmaq lazımdır. Kəşfiyyat və təhlükəsizlik xidməti bu barədə məlumat veribmi? Azərbaycanda yaşayan iranlılardan hər hansı məlumat təqdim edilibmi? Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? Təhlükəsizlik orqanları bunu təsdiq etməyiblər. Növbəti mərhələdə bu açıqlamanın ölkəmizə nə gətirəcəyini aydınlaşdırmaq lazımdır. Azərbaycanla münasibətlərimizin gərgin olmasını istəyirikmi?”

İran liderinin oğlu Azərbaycanla münasibətlərdə üç fəaliyyət variantının olduğunu diqqətə çatdırıb:

“Birincisi, Azərbaycanla müharibə aparmaq və yaxud Azərbaycanı bizimlə müharibəyə təhrik etmək, ikincisi, iki ölkə arasında münasibətləri “nə müharibə, nə sülh” vəziyyətində saxlamaq, üçüncüsü, fikir ayrılığına baxmayaraq, qonşu olmaq və birlikdə işləmək”.

O vurğulayıb ki, birinci variant İran rəhbərliyinin və ölkənin maraqlarına uyğun gəlmir:

“İkinci variantı dəstəkləyən şəxslər əslində hesab edirlər ki, biz Azərbaycanla qeyri-dost münasibətlərə sahibik, lakin biz hərbi münaqişəyə daxil olmayacağıq. Bu variant da bizim maraqlarımıza tamamilə uyğun deyil. Niyə? Çünki kiminləsə düşmən olduqda onun sizə qarşı hansısa addım atacağını gözləməlisiniz. Müharibə yalnız hərbi əməliyyat deyil. Ölkələr beynəlxalq platformalarda sizə qarşı səs verir və müəyyən mövqe tuturlar. Onlar, həmçinin sizə iqtisadi zərərlər də vura bilər”.

Üçüncü varianta gəldikdə isə Y.Pezeşkian qeyd edib ki, fikir ayrılığı və zidd maraqlara baxmayaraq, ölkələr bir-birinə fayda verəcək və əməkdaşlıq edəcək ümumi məsələlər tapa bilər:

“Biz iqtisadiyyat, ticarət və hətta təhlükəsizlik məsələlərində bir-birimizə yardım edə və fikir ayrılığını həll etmək, yaxud da minimuma endirmək üçün çalışa bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Üç BÜRC üçün yeni güclü dövr başladı

Üç BÜRC üçün yeni güclü dövr başladı

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

End of content

No more pages to load

RADİO