“Qardaş” demək də olmaz! – Rusiyanın miqrasiya siyasətinin iyrənc üzü

Rusiyada miqrantlara qarşı zorakılığın və təzyiqlərin coğrafiyası günbəgün genişlənir. Müxtəlif bəhanələrlə ölkədəki əmək miqrantları incidilir, həbsə atılır, təhqir olunur. Təsadüfi deyil ki, iki gün öncə Moskvanın mərkəzində hostellərdə miqrasiya qanunvericiliyinin pozulmasını aşkar etmək üçün keçirilən reyd zamanı 300 nəfər saxlanılıb.

Maraqlıdır ki, miqrantlara qarşı mübarizə tədbirləri 2025-ci ildə çox gücləndirilib. Bu tədbirlər nəticəsində on minlərlə insan incidilib, təhqir olunub və əmlakları əllərindən alınıb. Fikrimizin sübutu üçün rəsmi Moskvanın miqrantlara qarşı son 7 ayda tutduğu qeyri-insani mövqeyi göz önünə gətirmək istəyirik.

Oturum müddəti iki dəfə azaldıldı

Bu ilin yanvar ayının 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə mindi. Belə ki, bu tarixdən etibarən xarici vətəndaşların Rusiya ərazisində müvəqqəti qalma müddəti bir təqvim ili ərzində 90 günə endirildi. Bundan başqa, rus dilini bilmək öhdəliyi tətbiq edildi.

Bunun ardınca 2025-ci ilin aprelin 1-dən miqrant övladlarının məktəblərə qəbulunda qadağalar tətbiq edilib.

İyunun 30-dan Rusiyada vizasız rejim əsasında bu ölkəyə gələn xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minib. Yeni prosedura əsasən, onlar “Dövlət Xidmətləri RuID” portalı vasitəsilə əvvəlcədən xüsusi QR kodu əldə etməlidirlər.

Bu günlərdə isə Rusiyada əmək miqrantlarını ölkə ərazisinə daxil olarkən depozit qoymağa məcbur etmək təklif olunur. Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının deputatları bu təklifin yer aldığı məktubu daxili işlər naziri Vladimir Kolokoltsevə göndəriblər.

Təklifə əsasən, əmək miqrantları Rusiya ərazisində qanunvericiliyi pozduqları təqdirdə, öncədən qoyduqları depozit onların deportasiya xərclərini qarşılamaq üçün istifadə olunacaq.

Bu azmış kimi MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan miqrant – öz ailəsinə göndərdiyi pulun məbləğini artırmaq istəsə, o zaman mütləq şəkildə gəlir mənbəyini göstərən və leqallığını sübut edən maliyyə bəyannaməsi təqdim etməlidir. Əks halda, bu transferlər ya bloklanacaq, ya da qanunsuz hesab ediləcək.

Fit çalmaq olmaz!

Rusiyada miqrantlara qarşı tətbiq edilən qadağalar bəzən gülüş doğuracaq qədər absurddur. Məsələn, yaxın gələcəkdə əməkçi miqrantlardan Rusiyada fit çalmamaq və “qardaş” və ya “bacı” müraciətindən istifadə etməmək tələb olunacaq.
 

Bu təklifi Rusiyada Milli İşlər üzrə Federal Agentlik (FADN) hazırlayıb. Yeni qaydaya görə Rusiyada öz dilində pıçıldaşmaq, küçədə namaz qılmaq, qurban kəsmək adət deyil, yəni olmaz.


Çox qəribədir ki, bütün bu qadağalar fonunda bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin miqrantlara münasibətdə tətbiq olunan test imtahanları ilə bağlı yeni bir qanun imzalayıb. Rusiya hökumətinin kvotası ilə ölkəyə gələn əmək miqrantları artıq rus dili, Rusiya tarixi və qanunvericilik bilikləri üzrə imtahan verməyəcəklər.

Ekspertlər hesab edirlər ki, bu qanun miqrantlara qarşı ikili münasibətə şərait yaradacaq. Yəni müvafiq qurumlar istədikləri halda bu qanunu əsas tutaraq miqranta güzəşt edəcək. Lazım gəldikdə isə əvvəlki qaydalardan istinad ediləcək.

Qadağalar siyasi mahiyyət daşıyır.

Rəsmi Moskvanın miqrasiya siyasətinin arxasında məkrli planlar var. Rusiya hökuməti miqrasiya siyasəti hesabına MDB ölkələrinə qarşı təzyiq göstərmək istəyir.

Məlumdur ki, son illərdə MDB ölkələri daha əvvəlki kimi Rusiyadan çəkinmir. Bu ölkələrin əksəriyyəti müstəqil siyasət yürütmək istəyir. Təbii ki, bu da Kremlin maraqlarına uyğun gəlmir. Ona görə də Rusiya hökuməti “üsyankar” gözündə gördüyü MDB dövlətlərini miqrant böhranı ilə cəzalandırmaq istəyir.
 

Nəzərə alaq ki, həm Qazaxıstandan, həm Orta Asiya ölkələrindən, həm Cənubi Qafqazdan, həm də Moldava və Ukraynadan Rusiyada çoxsaylı əmək miqrantları var. Rəsmi Moskva bu miqrantları sıxışdırmaqla onların vətəndaşı olduğu ölkələri ram eləməyə çalışır.


Halbuki Rusiyanın əmək miqrantlarına çox böyük ehtiyacı var. Bir tərəfdən ölkədə təbii artımın olmaması, digər tərəfdənsə Ukrayna ilə müharibə Rusiyada işçi çatışmazlığına səbəb olub. Yayılan məlumatlara görə, son 3 ildə Ukrayna cəbhəsində bir milyondan artıq rusiyalı həyatını itirib. Bu qədər itki daxili bazarda işçi böhranı yaradır. Amma rəsmi Moskva bu böhranı MDB dövlətlərindən yox, digər uzaq ölkələrdən gələn miqrantlar hesabına aradan qaldırmaq istəyir.

Hindistan və Şimali Koreyadan olan miqrantlara “yaşıl işıq”

Yayılan xəbərlərə görə Rusiyada kadr çatışmazlığını kompensasiya etmək üçün Hindistandan bir milyon əmək miqrantı cəlb olunacaq. Bunu Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin deyib.

Onun sözlərinə görə, söhbət əsasən Sverdlovsk vilayətindən gedir. Hazırda Hindistanla müəyyən razılaşmaya nail olunub. Bu razılaşmaya əsasən, Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə, ümumilikdə bir milyon hindistanlı mütəxəssis gələcək.

O əlavə edib ki, Yekaterinburqda Hindistanın yeni Baş Konsulluğu açılacaq və bu məsələlərlə məhz o qurum məşğul olacaq.

Bu açıqlama incə bir məqama diqqət yetirməyi zəruri edir.

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib. Üstəlik, çox sayda soydaşımız vəhşicəsinə döyülüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ümumilikdə, 50-ə yaxın azərbaycanlının əməliyyat çərçivəsində saxlanıldığı bildirilir. Sözügedən əməliyyatların sistemli təşkili isə azərbaycanlılara qarşı başladılan prosesin rəsmi səviyyədə idarə olunduğunu göstərir.
 

Ən başlıcası Yekaterinburqda Hindistanın yeni Baş Konsulluğunun açılması ideyası son aylarda soydaşlarımıza qarşı törədilən özbaşnalıqların bir təsadüf olmadığını, bunun böyük planın bir hissəsi olduğunu göstərir.


Nəzərə alaq ki, rəsmi Moskva əmək miqrantı problemini daha bir ölkənin- Şimali Koreyanın hesabına da həll etmək istəyir. Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) məlumatlarına əsasən, 2024-cü il ölkəyə 13221 Şimali Koreyalı daxil olub, 2023-cü ildə bu rəqəm 1117, 2022-ci ildə isə 223 nəfər olub. Bu onu göstərir ki, Şimali Koreyadan Rusiyaya gələn miqrantların sayında artım baş verir. Beləliklə Rusiyanın MDB-dən olan miqrantlarla “qanunların dili” ilə danışmasının sosial məsələ yox, siyasi problem olduğu ortaya çıxır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

End of content

No more pages to load

RADİO