Sülh müqaviləsinin paraflanması nə deməkdir? - İZAH

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ətrafında danışıqlar davam etdirilir. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Əbu-Dabi görüşündən sonra sülh müqaviləsinin paraflanması ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Bəs sülh müqaviləsinin paraflanması dedikdə nə başa düşülür?

Bizim.Media xəbər verir ki, uzun illər diplomatik xidmətdə olmuş, siyasi elmlər doktoru, millət vəkili Rizvan Nəbiyev "Operativ Media"ya bildirib ki, paraflama ifadəsi diplomatiya və müqavilə hüquqi terminologiyasına aiddir. Beynəlxalq müqavilə mətninin iştirakçı tərəflər üçün bərabər autentik (yəni eyni) olmasının müəyyən edilməsində istifadə olunur.

Bu ifadə bir beynəlxalq müqavilənin və ya digər hər hansı beynəlxalq sənədin yekun mətninin tam razılaşdırıldığını göstərir, başqa sözlə onun mətninin dəyişdirilməyəcəyini təsdiqləyir.

Eyni zamanda paraflanma sənədin hələ imzalanması anlamına gəlmir.

Paraflanma razılaşdırılmış müqavilə layihəsi mətninin müvafiq səlahiyyətli nümayəndələr tərəfindən imzalanmadan əvvəl ilkin razılıq əlaməti olaraq paraflanması, yəni mətnin hər bir səhifəsinə öz ad və soyadlarının baş hərfləri və ya qısa imza formasını qoyması deməkdir. Bu prosedur, əsasən, danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətnin artıq imzalanmağa hazır olduğunu təsdiqləyir.


"Razılaşdırılmış beynəlxalq müqavilələrin mətninin yəni müqavilə layihəsinin paraflanması məsələsi Müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 10-cu maddəsində öz əksini tapmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası da bu Konvensiyaya 2017-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunduqdan və müvafiq dövlətdaxili prosedurlar tamamlandıqdan sonra qoşulmuşdur.

Beynəlxalq müqavilələrin, eləcə də beynəlxalq müqavilə hesab olunmayan digər sənədlərin və ya siyasi xarakterli razılaşmaların paraflanması praktikası – istər ikitərəfli, istərsə də çoxtərəfli formatda razılaşdırılmış sənədlərə münasibətdə – həm beynəlxalq praktikada, həm də Azərbaycan Respublikasının müqavilələr hüququ təcrübəsində tətbiq olunur.

Beynəlxalq müqavilələrin imzalanması, sonrakı mərhələlərdə ratifikasiyası və dövlət başçısı tərəfindən təsdiqi müqavilənin hüquqi baxımından öhdəlik yaradan mərhələsinin yekunlaşmasıdır.

Belə ki, dövlət başçısı tərəfindən rəsmi səlahiyyətləndirilmiş şəxs müqaviləni imzalayır. İmzalanmadan sonra, əgər müvafiq qaydalarda nəzərdə tutulubsa, müqavilə ratifikasiya, təsdiq mərhələlərindən keçərək qüvvəyə minir. Bu prosedurların tamamlanması barədə isə tərəflər bir birinə diplomatik kanallarla bildiriş, yəni nota təqdim edirlər.

İkitərəfli beynəlxalq müqavilələr adətən üç nüsxədə imzalanır, iştiraçkçı dövlətlərin dövlət dilləri ilə yanaşı üçüncü dil olaraq BMT-nin işçi dillərindən birində.

Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan sülh müqaviləsi də Azərbaycan və erməni dillərindəki mətnlərlə yanası, üçüncü bir dildə olan mətndən ibarət ola bilər. Bu ona görə edilir ki, Azərbaycan və erməni dilləri arasındakı mətnlər arasında hər hansı fikir ayrılığı , üçüncü bir dildə olan müqavilə mətni əsas götürülməklə istifadə edilə bilsin.

Qısaca desək, beynəlxalq müqavilələrin paraflanması tərəflər üçün hüquqi məcburliyi olan öhdəlik yaratmayan əsasən texniki razılaşma proseduru, imzalanma, ratifikasiya və təsdiq isə hüquqi öhdəlik doğuran rəsmi aktdır" - Rizvan Nəbiyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Üç BÜRC üçün yeni güclü dövr başladı

Üç BÜRC üçün yeni güclü dövr başladı

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

End of content

No more pages to load

RADİO