Ukrayna son nöqtəni QOYDU – “Heç bir razılaşma olmayacaq” – ÖZƏL

“Türkiyə dialoqu davam etdirmək üçün ciddi səylər göstərsə də, əsas məsələlərin aydınlığa qovuşacağına inanmırıq. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu görüşdən əvvəl Rusiya tərəfini xəbərdar edərək, bu üçüncü tura xüsusi diqqət yetiriləcəyini bildirmişdi. Bu səbəbdən Rusiya tərəfinin, prosesi öz gedişinə buraxmaq kimi bir lüksü yox idi. Ancaq görürük ki, Rusiya Ərdoğanın sözlərinə qulaq asmadı və yenə də olduqca aşağı profilli bir nümayəndə heyətini danışıqlara göndərdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Türkiyədə tərəflərin üçüncü görüşünü, hazırki müharibə şəraitini şərh edən Kovalenko, Rusiyanın sülhdə maraqlı olmadığına diqqət çəkib:

“Rusiya hörmətsizlik etdi”

“Halbuki Ukraynanı, hazırda müdafiə naziri olan Rüstəm Umerovun rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndələr təmsil edirdi. Umerov eyni zamanda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi kimi də yüksək səlahiyyətə malik idi. Buna qarşılıq olaraq Rusiya isə, məsələn, ABŞ-ın Ağ Evindəki Oval kabinetdə və ya NATO-nun baş katibi Mark Rutte tərəfindən "sadəcə bir tarixçi" kimi təqdim olunan Medinski kimi, ölkədə heç bir status və nüfuza malik olmayan bir şəxsi göndərdi.
 

Bu hal, Rusiyanın bu cür danışıqlar platformalarını kiçik gördüyünü və təkcə Ukrayna və Türkiyəyə deyil, sülh prosesinə töhfə verməyə çalışan bütün ölkələrə hörmətsizlik etdiyini bir daha göstərir. Buna ABŞ da daxildir. Belə bir heyətin formalaşdırılması və onun bu tərkibdə saxlanılması, eyni zamanda Vaşinqtona qarşı bir çağırışdır. Bu səbəbdən mənim fikrimcə, Rusiya hazırda son dərəcə təkəbbürlü və gələcəyi qaranlıq olan bir oyun oynayır”.


Kovalenko əlavə edib ki, bu səbəbdən görüşdən qlobal və ya genişmiqyaslı nəticələr gözləmirik:

“Yalnız taktiki səviyyədə bəzi qərarlar verilə bilər, vəssalam.

Hazırkı vəziyyətə baxdıqda, həm Ukrayna, həm də Rusiya tərəfinin mövqeləri, baxış bucaqları və məqsədləri tamamilə ziddir. Bu səbəbdən atəşkəsin əldə olunması və ya münaqişənin həlli istiqamətində hər hansı bir təmas mümkün deyil. Bu görüşmənin ən mühüm nəticəsi, rəsmi və kifayət qədər yüksək səviyyədə əsir mübadiləsi və həlak olanların cəsədlərinin dəyişdirilməsi məsələlərinin müzakirəyə çıxarılmasıdır.

Amma dürüst olmaq lazımdırsa, bu məsələlər artıq uzun müddətdir ki, başqa bir səviyyədə – 7/24 rejimində davamlı şəkildə müzakirə olunur. Əsir mübadiləsi və cəsədlərin qaytarılması üzrə çalışan əlaqə qrupları fasiləsiz fəaliyyət göstərir. Bu səbəbdən əsas məsələ proseslərin sadəcə rəsmi xarakter almasıdır”.

“Bu şərtləri heç vaxt qəbul etməyəcəyik”

Ümumilikdə baxıldıqda, Rusiyanın hazırda əsas məqsədi davam edən yay hücumundan maksimum nəticə əldə etməkdir. Putin və Rusiya hərbi komandanlığı bu hücuma mühüm diqqət ayırıb. Bu səbəbdən hazırki dövrdə atəşkəs və ya sülh prosesi ilə bağlı bir qərarın əldə olunması mümkün deyil.
 

“Ukrayna olaraq, Rusiyanın ortaya qoyduğu şərtlər əsasında heç bir razılaşmaya getməyəcəyik. Rusiyanın şərtləri işğal olunmuş ərazilərin Rusiya tərəfindən tanınmasını ehtiva edir. Biz bunu heç vaxt qəbul etməyəcəyik. Və bir daha vurğulamaq lazımdır ki, bizim mövqelərimiz tamamilə ziddir. Bu görüş bir daha göstərdi ki, Rusiya bu gün üçün hər hansı bir razılaşma əldə etməyə uyğun bir tərəf deyil. Rusiya bu prosesə maraq göstərmir. Onun əsas məqsədi müharibəni davam etdirməkdir.


Buna görə də beynəlxalq ictimaiyyət Rusiyanın bu mövqeyinə birbaşa reaksiya verməlidir; bu da, təbii ki, sanksiyaların artırılması və Ukraynaya verilən dəstəyin gücləndirilməsi deməkdir”, - deyə A.Kovalenko əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

End of content

No more pages to load

RADİO