Fransanın müstəmləkə divarları çatlayır - Bakı Yeni Kaledoniyada öz SÖZÜNÜ dedi

Xəbər verdiyimiz kimi Fransada Yeni Kaledoniya ərazisində yeni dövlətin yaradılması haqqında saziş imzalanıb. Razılaşma Yeni Kaledoniyaya muxtariyyətin verilməsini, ayrı vətəndaşlığın yaradılmasını, habelə beynəlxalq münasibətlər sahəsində səlahiyyətlərin ötürülməsini nəzərdə tutur. Növbəti mərhələlər isə bu razılaşmanın Fransa parlamentində səsverməyə çıxarılması və adalarda referendumun keçirilməsi olacaq.

Məsələ ilə bağlı Fransa Prezidenti Emmanuel Makron bəyanat verib. Bəyanatda  deyilir ki, Yeni Kaledoniya Fransiyanın tərkibində ayrıca bir dövlət statusu əldə edəcək. Onun sözlərinə görə, bu qərar Paris rəhbərliyi ilə Yeni Kaledoniyanın yerli deputatları arasında əldə edilmiş razılaşma əsasında qəbul olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Makronu danışıqlar masasına oturmağa MƏCBUR ETDİ


Tərəflər arasında imzalanan sənəd vətəndaşlığın tətbiqi, beynəlxalq siyasətdə daha geniş səlahiyyətlər, eləcə də daxili idarəetmədə muxtar statusun gücləndirilməsi kimi müddəaları nəzərdə tutur.

Bu plan Fransa parlamenti tərəfindən təsdiqləndikdən sonra, 2026-cı ildə Yeni Kaledoniyada referendum vasitəsilə xalqın iradəsinə təqdim olunacaq.

Müstəmləkənin tarixi

Yeni Kaledoniya Fransanın 17 min kilometr uzaqlığında yerləşən və "xarici ərazi" statusuna malik olan bir müstəmləkəsidir. Fransızlar Yeni Kaledoniyanı 1853-cü ildə işğal ediblər. III Napoleon ərazini imperiyanın bir hissəsi elan etdikdən sonra adanı cəzaçəkmə koloniyasına çevirib. Artıq 170 ildir ki, Fransa bu ada dövlətinin maddi-mənəvi sərvətlərini vəhşicəsinə talan edir.

Təbii ki, kanak zülmə və istismara qarşı hər zaman mübarizə aparıb. Xüsusilə də, kolonialistlərin yerli əhalini sıxışdırması ötən əsrin 80-ci illərində adada vətəndaş müharibəsinin baş verməsinə səbəb olub

Uzun müddət davam edən toqquşmalarda 90-a yaxın şəxs həyatını itirib. Nəhayət 1988-ci ildə əldə olunan Matinyon Udino və 1998-ci ildəki Numea razılaşmaları ilə gərginliyə son qoyulub. 20 ilə yaxın müddətdə adada sakitlik hökm sürüb.

Mübarizədə yeni səhifə
 

Son illərdə, xüsusən də Emmanuel Makronun hakimiyyəti dövründə adada yenidən gərginlik artıb. Belə ki, Makron əvvəlki razılaşmaları heçə sayaraq Fransa müstəmləkəçiliyini ən sərt formada tətbiq etmək taktikasına əl atıb. Makron hakimiyyəti ilk növbədə Numea razılaşmasını pozmaqla kanakların hüquqlarını kobud şəkildə tapdayıb.


Belə ki Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verən qanun layihəsini qəbul etdi. Üstəlik, bu addım Fransanın adaya köçürdüyü kolonialistlərə səs vermək imkanı yaratmaqla, kanak xalqının hüquqlarına mane olmaq cəhdi idi.

Təbii ki, kanaklar Makronun kolonializmi gücləndirmək planı ilə razılaşmadı. Fransanın müstəmləkəçilik siyasətini davam etdirmək cəhdinə etiraz olaraq, kanak xalqı bu 2024-cü ilin may ayında etiraz aksiyalarına başladı. Lakin Makron rejimi haqsız qərarından geri addım atmaq yerinə, dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etmək variantını seçdi.

Fransa Prezidentinin 15 mayda imzaladığı fərmanlarla Yeni Kaledoniyada hərbi vəziyyət elan olundu. Üstəlik adaya qoşun yeridildi. Nəticədə hüquq-mühafizə orqanlarının zorakı davranışları nəticəsində 13 nəfər həyatını itirdi, 100-lərlə insan yaralandı, çox sayda infrastruktur obyektləri dağıdıldı.

Digər tərəfdən, Fransanın hərbi vəziyyət rejimi nədənsə adadakı Avropa mənşəli şəxslərə aid edilmədi. Ona görə də, silahlı milislər də hüquq-mühafizə orqanları ilə birlikdə kanaklara qarşı hücuma keçdilər.

Beynəlxalq Dekolonizasiya Cəbhəsi

Fransanın müstəmləkəçilik siyasətinə qarşı ən  aktiv və davamlı mübarizə aparan dövlətsə təbii ki,  Azərbaycandır. Azərbaycan bütün instansiyalarda və platformalarda müstəmləkəçiliyə və  insan haqlarının pozulmasına qarşı qətiyyətlə mübarizə aparır. Bu məqsədlə 6 iyun 2023-cü ildə Bakı Təşəbbüs Qrupu (BTQ)  yaradıldı. BTQ dekolonizasiya və insan hüquqları sahələrində beynəlxalq tərəfdaşlıqların inkişafını dəstəkləyən beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Təşkilatın təsis kondransında MartinikaQayanaYeni KaledoniyaFransız PolineziyasıUollis və FutunaSolomon adalarının nümayəndələri iştirak edib.

Təşkilatın əsas hədəfi Fransanın müstəmləkəçilik siyasətini sonlandırmaqdır. Təsadüfi deyil ki, yarandığı ilk gündən  BTQ öz missiyasını uğurla icra edib və Fransanın zülmü altında əziyyət çəkən xalqlara davamlı davamlı dəstək göstərib. Bu dəstəyin daha təkmil fornnada həyata keçirilməsi üçün  2024-cü ilin iyununda Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradıldı. Təsis yığıncağında Fransanın son koloniyalarının nümayəndələri iştirak etdi.

Etiraf etmək lazımdır ki, BTQ və Beynəlxalq Dekolonizasiya Cəbhəsi qısa zamanda çox böyük uğurlara imza atıb.  Fransanın son koloniyalarında aparılan təşkilanma və siyasi maarifləndirmə yerli xalqlarda mübarizə ruhunu artırdı. Son bir ildə Fransanın bütün kaloniyalarında etirazlar, müxtəlif aksiyalar keçirilib. Həmin aksiyalarda bir qayda olaraq Azərbaycanın üçrəngli bayrağı da dalğalanıb.

BTQ-nin qətiyyəti Fransanın planlarını pozdu.

Təşkilatın apardığı iş hesabına bütün kaloniyalarda azadlıq hərəkatı başladı. Bu hərəkətaın öndərlərindən biri də Yeni Kaledoniya oldu. Bütün təzyiqlərə, təqiblərə baxmayaraq kanak xalqı sona qədər mübarizə apardı  və ilk böyük qələbəsini  qazandı.

Amma bu qələbə təkcə kanak xalqının uğuru deyil. Bu həm də Azərbaycanın qətiyyətinin təntənəsidir. Rəsmi Paris Bakıya qarşı yürütdüyü qərəzli siyasətin artıq ilkin cavablarını alır. Yeni Kaledoniya məsələsində Makronun geri addım atması və muxtariyyəti qəbul etməsi bunun sübutudur.

Azərbaycan prinsipial mövqe və davamlı  səylər hesabına Beynəlxalq arenada növbəti diplomatik qələbəsini qazandı.

Görünən odur ki, Fransa artıq Bakı qarşısında diktə edən yox, geri çəkilən tərəfdir. Çünki  Azərbaycanın müstəqil və ədalətli xarici siyasəti Fransanın ikili standartlarını ifşa edir və onu geri addım atmağa zorlayır.
 

Bu mənada Yeni Kaledoniyanın dövlətçiliyə doğru atdığı bu addım yalnız bölgə üçün deyil, həm də qlobal müstəmləkə irsindən qurtulmaq istəyən xalqlar üçün ilhamverici bir nümunədir.


Azərbaycanın bu məsələdə qətiyyəti isə xalqların suverenliyinə verilən prinsipial və ədalətli yanaşmasının təcəlləsidir.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

“Ordu” və “Azərreyl” QALİB GƏLDİ

“Ordu” və “Azərreyl” QALİB GƏLDİ

Alyaskada 6 bal gücündə ZƏLZƏLƏ OLDU

Alyaskada 6 bal gücündə ZƏLZƏLƏ OLDU

“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

Şərurda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb

Şərurda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb

Hərbçimiz Laçında minaya düşdü

Hərbçimiz Laçında minaya düşdü

"20 Yanvar" dairəsindəki sıxlıq aradan qaldırıldı - YENİLƏNİB/FOTO

"20 Yanvar" dairəsindəki sıxlıq aradan qaldırıldı - YENİLƏNİB/FOTO

Bölgə klubunun yeni baş məşqçisi AÇIQLANDI

Bölgə klubunun yeni baş məşqçisi AÇIQLANDI

Üzərində möhür olan dollarınız varsa... - AÇIQLAMA

Üzərində möhür olan dollarınız varsa... - AÇIQLAMA

Honq-Konqdakı yanğında ölənlərin sayı 83-ə çatdı - YENİLƏNİB/VİDEO

Honq-Konqdakı yanğında ölənlərin sayı 83-ə çatdı - YENİLƏNİB/VİDEO

Acun Ilıcalı yeni kanallar ALACAQ

Acun Ilıcalı yeni kanallar ALACAQ

“Barselona”nın futbolçusu ZƏDƏLƏNDİ

“Barselona”nın futbolçusu ZƏDƏLƏNDİ

İctimai binalarda elektrik enerjisinin verilişi ilə bağlı DƏYİŞİKLİK EDİLDİ

İctimai binalarda elektrik enerjisinin verilişi ilə bağlı DƏYİŞİKLİK EDİLDİ

Avropa Parlamenti Ukrayna üzrə nizamlanmaya dair QƏTNAMƏ qəbul etdi

Avropa Parlamenti Ukrayna üzrə nizamlanmaya dair QƏTNAMƏ qəbul etdi

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Piylənmə ilə mübarizəyə kömək edən qida əlavəsi KƏŞF EDİLDİ

Piylənmə ilə mübarizəyə kömək edən qida əlavəsi KƏŞF EDİLDİ

End of content

No more pages to load

RADİO